Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (25-08-2016, 11:13)
Özəl kredit büroları yaradılır

Özəl kredit büroları yaradılır

 

Vahid Əhmədov: “Mən bilmirəm ki, bu kredit büroları Azərbaycana nə verəcək”

Mediatv.az xəbər verir ki, Azərbaycanda özəl kredit büroları yaradıla bilər. Bu məsələ Azərbaycan Banklar Assosiasiyası ilə Beynəlxalq Maliyyə Korporasiyası, həmçinin İsveçrənin “Creditinfo Group” təşkilatının nümayəndələri ilə görüşdə müzakirə edilib. Nəticədə ölkədə özəl kredit bürolarının yaradılması üzrə fəaliyyət planı və qarşıda duran addımlar razılaşdırılıb. 

Qeyd edək ki, buna qədər “Creditinfo Group” Gürcüstan, Qazaxıstan, Rumıniya kimi ölkələrdə özəl kredit bürolarının yaradılmasında iştirak edib. Büroların xaricdəki fəaliyyəti, onların yaradılmasının banklar və digər əlaqədar tərəflər üçün faydası barədə də fikir mübadiləsi aparılıb. 

Ekspertlər isə hesab edir ki, belə büroların yaradılması ölkədə iş görülməsi imitasiyasına hesablanıb. Çünki bu büroları yaratmaqla onların iqtisadiyyatın kreditləşməsində rolunu artırmaq mümkün deyil. Çünki ölkədə bankları çökdürən və ölkənin kreditləşməsinin qarşısını alan əsas səbəblər hələ qalmaqdadır. Bu isə ölkədaxili şəraitlə bağlıdır. 

Kredit bürolarının yaradılmasına münasibət bildirən iqtisadçı ekspert Qubad İbadoğlu “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, kredit bazarına çıxış imkanlarının şaxələndirilməsi düzgün yanaşmadır, lakin bu sahədə elə də ciddi bir irəliləyişə gətirib çıxartmayacaq: “Bazarda rəqabət olmalıdır, müxtəlif iştirakçılar olmalıdır. Kredit verən nə qədər çox olarsa, bir o qədər də faiz dərəcələri aşağı düşə bilər. Əgər bu, rəqabətli şəraitdə baş verəcəksə, müsbət qiymətləndirmək olar. O baxımdan, düşünürəm ki, kredit bürolarının yaradılmasına imkan verilməlidir. Ancaq bu qurumların nə dərəcədə özünü doğruldacağını, kredit bazarında köklü dəyişikliklərə gətirib çıxaracağını demək çətindir. İndiki iqtisadi şərtlərlə buna inanmaq sadəlövhlük olardı. Ölkənin kredit bazarında əksər bankların inamı itirməsi, həm əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, faiz dərəcələrinin yüksək olması bazarda istənilən halda yeni oyunçunun perspektivini şübhə altına almağa əsas yaradır. Ancaq bazarda nə qədər çox iştirakçı olarsa, o qədər də rəqabətli mühit yaranar və rəqabətin dəstəklənməsi üçün daha çox iştirakçının bazara buraxılması müsbət haldır”. 

Ekspert qeyd etdi ki, indiki şəraitdə kredit bürolarının xüsusi bir üstünlüyündən danışmağa dəyməz: “Bazar şərtləri elədir ki, indiki halda onlar bazarda yeni şərtlərlə fəaliyyət göstərə bilməyəcəklər, ənənəvi şərtlərlə işləyəcəklər. İndiki bazar tələbləri kredit bürolarının üstünlük qazanması üçün heç bir şərait yaratmır”. 

Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov qeyd etdi ki, kredit bürolarının yaradılması maliyyə bazarında heç nəyi dəyişməyəcək: “Belə büroların yaradılması haqqında məndə də məlumat var. Yaradılsa belə, mən bilmirəm ki bu kredit büroları Azərbaycana nə verəcək. Bu gün ölkədə kifayət qədər bank var və yetərincə filialları da fəaliyyət göstərir. Kredit vermək istəyirlərsə, banklara əmanət qoysunlar, onlar da kredit versinlər. Düzü, mən bu büroların çox böyük əhəmiyyət kəsb edəcəyinə inanmıram. Çünki Azərbaycanın maliyyə bazarını tənzimləyən mexanizm bank sistemidir. Bank sistemi sağlamlaşmasa, bunlar xırda məsələlərdir. Biz onun tərəfindəyik ki, bank sistemini sağlamlaşdıraq, bölgələrdə olan filiallar normal işləsin. İnsanlar banklara inansınlar, əmanətlərini qoysunlar və sair. Yenisini yaradıb say artırmaqla iş bitmir, biz maliyyə bazarını tənzimləməliyik, nəzarət mexanizmini gücləndirməliyik ki, bank sistemində bu gün yaranmış problemlər gələcəkdə yaranmasın”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024