Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (18-08-2015, 20:18)
Qiymət artımının yeni dalğası gözlənilir

Bu günlədə Mərkəzi Bank bankların faiz dərəcələrinin aşağı düşməsini stimullaşdırmaq məqsədilə bir sıra yeni qərarlar qəbul edilib.

 Bu qərarın hədəfində bankların əməliyyat xərclərin optimallaşdırılması olsa da indiki şərtlərlə faiz drəclərinin aşağı düşəcəyi inandırıcı görsənmir. Çünki, banklar yüksək faiz dərəcələrinə risklərin idarə edilməsi siyasətinin tərkib hissəsi kimi baxırlar. Ümumiyyətlə isə faiz dərəcələrinin yüksək olmasını şərtləndirən başlıca amil inflyasidır. Rəsmi statistik məlumatlara inansaq, bu ilin yanvar-iyul aylarında inflyasiya (istehlak mallarının qiymətləri və xidmət tarifləri)3,7 faiz olub, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,9 faiz, xidmət tarifləri isə 1,2 faiz bahalaşıb. Mərkəzi Bank hələ ötən ilin sonunda bəyan etdiyi 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə sənəddə car ildə inflyasiyanı 2-3% səviyyəsində hədəfləyib. Lakin bəzi beynəxlalq təşkilarlar bu il üçün Azərbaycanda daha yüksək inflyasiya prornozlaşdırırlar. Belə ki, Azərbaycan üzrə 2015-ci il üçün inflyasiya proqnozunu Beynəlxalq Valyuta Fondu 8,5 faiz, Moody 's kredit-reytinq agentliyi 9 faiz elan edib.

Yay aylarında mövsümi amillərlə əlaqədar olaraq xüsusilə də kənd təsərrüfatı məhsullarının qiymətində ucuzlaşma qeydə alınsa da, son iymətləndirmələr payız və qış aylarında daha yüksək inflyasiya gözləntisinin olduğunu göstərir. Çünki, artıq mövsümi amillər qiymətlərə artırıcı təsir göstərməyə başlayıb. Bununla yanaşı, ərzaq bazarında hökmran mövqeyə mailk olan şirkətlər yeni qiymət siyasəti ilə daha yüksək inflyasiyanı stimullaşdırırmağa başlayıblar. Odur ki, həm biznes və həm də istehlakçılar yeni inflyasıya dalğasına hazır olmaldır. İnflyasiyanın artımının yeni dalğası həm əhalinin və həm də biznesin xərclərini artırmaqla Mərkəzi Bankın kredit faizlərinin aşağı düşməsi ilə əlaqədar verdiyi son qərarlarının əhəmiyyətini də xeyli kiçildəcək və sosial vəziyyətin gərginləşməsinə xidmət edəcək.

 

Qubad İbadoğlu

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024