Odessa Şəhər Şurası Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) şəhərin mərkəzində, İncəsənət Muzeyinin yanında yanacaqdoldurma məntəqəsinin inşası üçün razılıq verib.
Mediatv.az: "Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu razılıq Şəhər Şurasının bu gün keçirilən iclasında verilib.
Deputatlardan biri çıxış edərək, layihənin qəbuluna qarşı olduğunu bildirsə də, ancaq şəhər icra başçısının müavini Vyaçeslav Şandrık deyib ki, obyektin strukturu tam olaraq mövcud qanunvericiliyə uyğundur.
Şəhər rəhbəri Gennadi Truxanov isə qeyd edib ki, obyektin tikintisi şəhərə ziyan vurmur.
Yanacaqdoldurma məntəqəsinin tikintisinə razılıq verilməsi ilə əlaqədar keçirilən səsvermədə 57 millət vəkilindən 44-ü lehinə, 6-sı əleyhinə səs verib, digərləri isə səsvermədə iştirak etməyiblər.