Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (29-03-2015, 21:10)
Suraxanı rayonunun Riqa şəhəri ilə işgüzar əlaqələri genişlənir

Tərəflər arasında müxtəlif sahələrə dair birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub

Latviyanın Riqa şəhər Şurası sədrinin müavini, Riqa dəniz portunun rəhbəri Andris Ameriks və onu müşayiət edən nümayəndə heyəti Suraxanı rayonunda olublar. Həyata keçirilən səfərdə məqsəd Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti və Riqa şəhər Şurasının Şərqi İcra Direksiyası arasında əməkdaşlığın genişləndirilməsi, xalqlarımız arasındakı dostluq münasibətlərini inkişaf etdirməkdir.

“Həftə içi”nin məlumatına görə, Riqa şəhər Şurası sədrinin müavini, Riqa dəniz portunun rəhbəri Andris Ameriks və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əvvəlcə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, onun məzarı önünə gül qoyublar. Daha sonra nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər. Dağüstü parkdan Bakı şəhərini seyr edən qonaqlar şəhərin onlarda xoş təəssürat yaratdığını xüsusi vurğulayıblar. Qonaqlar Bayraq meydanında da oldular, muzeydəki eksponatları seyr ediblər.

Suraxanı rayonuna gələn qonaqlar “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, Azərbaycanın maddi-mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilmiş “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri var. Prezidentin sərəncamı ilə 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilən qoruqda 2012-ci ilin sentyabrından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi işləri sürətlə həyata keçirilmiş, yeddi ay ərzində işlər başa çatdırılıb. Qoruğun sahəsi 4,2 000 kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilib. Sahəsi 2000 kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunub. Məbədlə həmahəng inşa olunan əsas binada idarə, dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası mövcuddur. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılıb.

Bildirilib ki, I Avropa Oyunlarının məşəlini alovlandırmaq üçün alov “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğundan götürüləcək. Suraxanı rayonu Heydər Əliyev Mərkəzində olan qonaqlara məlumat verilib ki, mərkəzdə multimedia və rəsm studiyaları, dünya kitabxana sisteminə qoşulmuş elektron kitabxana fəaliyyət göstərir. Elektron kitabxananın xidmətindən 14 mindən artıq istifadəçi faydalanmışdır. Bu günə qədər ümumilikdə 52 000-dən yuxarı ziyarətçi Suraxanı rayonu Heydər Əliyev Mərkəzində ümummilli liderin zəngin irsi ilə tanış olub. Rayonun ideoloji mərkəzinə çevrilmiş Heydər Əliyev Mərkəzində ötən dövr ərzində ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, kütləvi informasiya vasitələri, mərkəzi icra hakimiyyəti orqanları ilə birgə 144 tədbir keçirilib.

Daha sonra Suraxanı rayonu Heydər Əliyev parkı ilə tanışlıq olub. Riqa şəhər şurası sədrinin müavini, Riqa dəniz portunun rəhbəri Andris Ameriks və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Heydər Əliyev parkında dostluq ağacı əkiblər. Rayon icra hakimiyyətinin konfrans zalında davam etdirilən görüşdə ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib. Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qonaqlara son illərdə prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən, Suraxanı rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat verib. Görüş iştirakçıları əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi etmiş, gələcək əlaqələrin istiqamətlərini müzakirə ediblər.

Latviya Respublikası Riqa şəhər Şurası sədrinin müavini, Riqa dəniz portunun rəhbəri Andris Ameriks səmimi qəbul üçün təşəkkürünü bildirib. Bildirilib ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, yeni parkların, yaşıllıqların salınması, şəhərin təmizliyi, milli parkda aparılan işlər göz oxşayır və onda xoş təəssürat yaradıb.

Xatırladaq ki, Suraxanı Rayon İcra Hakimiyyəti və Riqa şəhər Şurasının Şərqi İcra Direksiyası arasında 14 may 2013-cü il tarixdə əməkdaşlıq haqqında saziş imzalanıb. Həmin vaxtdan tərəflər arasında işgüzar münasibətlər qurulub və birgə müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Keçirilən görüşlər zamanı tərəflər arasında müxtəlif sahələrə dair birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Qələndər

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024