Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (22-02-2016, 09:53)
Bankların reytinqi aşağı salınır - proqnozlar bədbindir...

Bankların reytinqi aşağı salınır - proqnozlar bədbindir...

Ekspertlərin fikrincə, Azərbaycanın kredit reytinqinin “spekulyativ” səviyyəyə endirilməsi borclanmada əngəl yaradacaq... 

 

Mediatv.az xəbər verir ki, Beynəlxalq reytinq agentlikləri Azərbaycan banklarının reytinqi ilə bağlı bədbin proqnozlar verir. Həmçinin, bankların reytinqi kəskin şəkildə aşağı slaınıb. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi fevral ayının 26-da Azərbaycanın kredit reytinqinə yenidən baxmağı planlaşdırır. Bunu “Sberbank Investment Research”in analitikləri bildiriblər. 
 
“Standard & Poor’s” (S&P) agentliyi isə yanvar ayının 29-da Azərbaycanın kredit mövqeyini bir pillə “BB+” qədər endirib. “S&P” Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini “BBB-” səviyyəsindən “BB+” səviyyəsinə endirib. 
Qeyd edək ki, bu, “spekulyativ”, yaxud “tullantı” səviyyə sayılır. Agentlik bildirir ki, səbəb neftin ucuzlaşması və xarici valyuta ehtiyatlarının azalmasıdır. Yerli və xarici valyutada ölkəmizin qısamüddətli reytinqi “A-3" səviyyəsindən ”B" səviyyəsinə endirilib. Hesabatda bildirilir ki, buna səbəb neftin ucuzlaşmasıdır. “Bununla da agentlik tərəfindən Azərbaycana reytinq verilən müddət ərzində ilk dəfədir ki, reytinq aşağı salınır”,- deyə analitiklər xatırladır. 
 
“Moody’s” isə fevralın 5-də Azərbaycanın kredit reytinqini “Ba1" pilləsinə qədər azaldaraq onu gələcəkdə də mövqeyinin endirilə biləcək mövqeyə yerləşdirib. Qeyd edək ki, bu qərar neftin qiymətini ucuzlaşmasının ölkə iqtisadiyyatına mənfi təsirinin nəticələri və onun maliyyə sabitliyi ilə şərtləndirilir. 
Reytinqin aşağı düşməsi iqtisadiyyatda kəskin çökmə və büdcə ödəmələrinə, eləcə də ödəmə balansına təzyiq nəticəsində meydana gəlib. Ehtimal edilir ki, o da Azərbaycanın reytinqini (hazırda reytinq “BBB”dir) azaldacaq. “Fitch”in bunu planlaşdırdığı zamandan öncə edəcəyi də istisna deyil.
 
Həmçinin, “Standard & Poor’s” bildirib ki, yaxın perspektivdə Azərbaycanın bank sektorunun strukturu dəyişilməz olaraq qalacaq. Agentliyin analitikləri bunu Azərbaycan hökumətinin bank sektoruna zəruri dəstəyin göstərməyə hazır olması ilə əlaqələndiriblər: “Hazırkı vəziyyət bankların sayının azalmasına səbəb ola bilər. Lakin bankların sayının azalması bank sektorunda rəqabətə təsir etməyəcək”. Bildirilir ki, bankların aktivlərinin keyfiyyəti pisləşməkdə davam edəcək: “Bu isə bankları daha böyük ehtiyatlar yaratmağa məcbur edəcək. Bu isə, öz növbəsində, kapital bazasının azalmasına gətirəcək”.
Ekspert Əkrəm Həsənov isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, reytinqin düşməsi banka etibarın azalması deməkdir: “Reytinq ölkənin borclarını ödəmək qabiliyyətindən xəbər verir. Reytinqin düşməsi etibarın azalması və dövlətin borclarını vaxtında ödəmək qabiliyyətinə şübhələrin artması deməkdir. Neft gəlirlərimizin azalması borclarımızı tam və ya vaxtında ödəyə bilməyəcəyimiz təhlükələri yaradır. Bu, o demək deyil ki, bizə heç kəs kredit verməyəcək. Sadəcə, risk artdığı üçün faiz dərəcəsi də yüksək olacaq. Ümumən gözlənilən bir şeydir, iqtisadi böhran içindəyik, belə də olmalı idi”.
 
Yerli ekspertlərin fikrincə, Azərbaycanın kredit reytinqinin “spekulyativ” səviyyəyə endirilməsi borclanmada maneə yaradacaq. Ekspert Rəşad Həsənovun sözlərinə görə, kredit reytinqinin aşağı salınması gözlənilən idi: “Hesab edirəm ki, digər agentliklər də bundan sonra Azərbaycan üçün kredit reytinqini aşağı salacaqlar. Bu, təbii prosesdir və heç bir ikili standartdan söhbət gedə bilməz. Risklər artdıqca, kredit reytinqi aşağı düşməlidir. Bunun Azərbaycan üçün mənfi tərəfi ondan ibarətdir ki, bundan sonrakı borclanmalarda daha çox tələblərlə üzləşəcəyik. Eyni zamanda müddət məsələsində də ölkəmiz çətinliklərlə üzləşə bilər və daha bahalı faizlərlə borclanacağıq”.
 
Ekspert Natiq Cəfərli reytinqin aşağı salınmasına münasibət bildirərkən deyib ki, bu, o deməkdir ki, ölkəyə investisiya qoymaq olmaz: “Ölkə borc alsa, çox yüksək faizlə almalıdır, yəni, iqtisadi dayanıqlıq yoxdur. Agentliyin proqnozuna görə, Ümumi Daxili Məhsul və valyuta ehtiyatları azalacaq, bank sektorunda vəziyyət gərginləşəcək. Milli valyutaya basqılar da artacaq. S&P-dən sonra ”Moody’s" və “Fitch” də Azərbaycanın reytinqini azaldacaq. Hökumətin borc alaraq vəziyyətdən çıxmaq və neftin qiymətinin qalxmasını gözləmək kimi bəsit planı da suya düşür". 
Ekspertlər vurğulayır ki, aşağı kredit reytinqləri ölkəyə investisiya cəlbini çətinləşdirəcək. Bu, investisiya riskinin yüksək olması deməkdir. Xüsusən xarici investorların Azərbaycanın bank sektoruna cəlbinə mənfi təsir göstərəcək. Reytinqin düşməsini görən xarici investorlar bank sektorundan öz vəsaitlərini geri çəkə bilərlər. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024