Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (31-01-2015, 14:39)
Ermənistanın kredit reytinqi zibilliyə düşdü

Beynəlxalq reytinq agentliyi “Fitch Raitngs” Ermənistanın kredit reytinqini “BB-“ səviyyəsindən “B+” səviyyəsinə endirib.
Bu, yüksək dərəcədə spekulyativ, yaxud zibillikdən də aşağı səviyyədir. Agentlik Ermənistanın xarici və yerli valyuta üzrə öhdəliklərini də “BB-“ səviyyəsindən “B+” səviyyəsinə endirib.
“Fitch Raitngs” bildirir ki, Ermənistanın kredit reytinqinin aşağı salınması ölkənin ödəmə balansında yaranmış ağır vəziyyət və artım perspektivlərinin aşağı olmasıdır. Gözlənilir ki, Ermənistan iqtisadiyyatı 2015-ci ildə retsessiya vəziyyətinə düşəcək, Rusiyada iqtisadi situasiyanın pisləşməsi ölkə iqtisadiyyatı üçün riskləri daha da artıracaq.
Gözlənilir ki, cari əməliyyatlar hesabında defisit 2015-ci ildə Rusiyadan pul köçürmələrinin daha da azalması nəticəsində daha da artacaq. Rusiyadan pul köçürmələri Ermənistanın ümumi daxili məhsulunun (ÜSM) 15 faizini təşkil edir və 2014-cü ilin son ayları ərzində bu pul köçürmələri 30 faizdən çox aşağı düşüb.
Agentlik proqnozlaşdırır ki, Ermənistan Mərkəzi Bankının onsuz da cüzi olan rezervləri də 2015-ci ildə azalmaqda davam edəcək. Hazırda Ermənistanın Mərkəzi Bankının rezervləri cəmi 1,49 milyard dollar təşkil edir və il ərzində bu ehtiyatlar dramın daha da dəyərdən düşməsinin qarşısını almaq üçün göstərilən səylər nəticəsində tükənə bilər.
Agentlik Ermənistanın getdikcə artan xarici borclarının da iqtisadi riskləri daha da artırdığını qeyd edir. 2014-cü ildə Ermənistanın xarici borcu ÜDM-in 50 faizini keçib. Bunun səbəblərindən biri də Ermənistanın xarici borcunun 80 faizdən çoxunun xarici valyuta ilə ölçülməsi, dramın ucuzlaşması nəticəsində xarici borcun sürətlə artmasıdır.
Agentlik bildirir ki, Ermənistan Rusiyadan qaz təchizatı, pul köçürmələri və hərbi dəstək baxımından güclü şəkildə asılıdır. Bu da Rusiyadakı iqtisadi və siyasi dəyişiklərin Ermənistan iqtisadiyyatını daha da həssas duruma salmasına səbəb olur. Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması Rusiya ilə iqtisadi, maliyyə, siyasi və institusional münasibətləri daha da dərinləşdirəcək.
“Gümrüdəki hadisələrə baxmayaraq biz gözləyirik ki, Ermənistanın Rusiya ilə sıx ikitərəfli münasibətləri ölkədə iqtisadi və institusional struktura təzyiq göstərməkdə davam edəcək” - agentlik bildirir.
“Fitch Raitngs” qeyd edir ki, Ermənistanın maliyyə sektoru güclü şəkildə dollarlaşıb və buna görə də erməni dramının kursunun aşağı düşməsi maliyyə sektoruna neqativ təsir göstərəcək. Agentlik 2014-cü ildə dramın 17 faiz dəyərdən düşdüyünü xatırladır.
Ermənistanın geosiyasi vəziyyəti də iqtisadiyyatın defolta yuvarlanmasına təsir edən əsas amillərdən biri kimi göstərilib. Agentlik bildirir ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağa görə davam edən münaqişə yenidən alovlana, tammiqyaslı müharibəyə çevrilə bilər. Həmçinin Ermənistanın qonşularla gərgin münasibətləri, Türkiyə ilə sərhədlərinin bağlı olması da iqtisadiyyata neqativ təsir edən amillər arasındadır.
Xatırladaq ki, bu həftə “Standart & Poors” reytinq agentliyi Rusiyanın da kredit reytinqini “BBB-“ səviyyəsindən zibilliyə - “BB+” səviyyəsinə endirib. Bu isə o deməkdir ki, agentlik beynəlxalq investorlara Rusiyaya yatırım qoymağı tövsiyə etmir və Rusiya şirkətinin pullarına etibar etməməyi məsləhət görür.
Ermənistanın indiki kredit reytinqi isə bundan da aşağıdır və deməli, bu ölkə xarici investisiyalar üçün olduqca risklidir, iqtisadiyyat defolt həddinə yaxındır. Müqayisə üçün qeyd edək ki, “Standart & Poors” proqnozu “neqativ”ə dəyişdirsə də Azərbaycanın kredit reytinqini “BBB-“ səviyyəsində,yaxud investision səviyyədə saxlayıb.
Agentlik bildirir ki, dünya bazarlarında neftin kəskin ucuzlaşmasına baxmayaraq Azərbaycan son illərdə güclü xarici mövqelərini saxlayıb. Cari əməliyyatlar üzrə hesabların azalması riski olsa da Azərbaycanın ödəmə qabiliyyəti müsbət olaraq qalacaq.
Ermənistan iqtisadiyyatının il ərzində daha da geriləyəcəyi qaçılmazdır və bu isə o deməkdir ki, ölkənin kredit reytinqi yenidən aşağı düşə bilər. Beynəlxalq reytinq agentliklərinin bu proqnozları Ermənistan prezidenti  Serj Sərkisyanın Azərbaycanı müharibə ilə hədələyən çıxışından sonraya təsadüf edir.
Xəbər verildiyi kimi, Sərkisyan Ermənistan ordusunun təmas xəttində verdiyi son itkilərdən sonra sərt davakar ritorikadan çıxış edərək Azərbaycanı hətta “preventiv zərbələrlə” hədələmişdi.
Ancaq Sərkisyanın bu hədələrinin boşboğazlıq olduğunu onun ölkəsinin iqtisadiyyatının indiki durumu da təsdiq edir. Çünki Ermənistanın “preventiv zərbə” barədə hədəsini reallaşdırması dərhal Azərbaycana işğalçı ölkəyə qarşı tammiqyaslı müharibəyə başlamaq və bütün hərbi resurslarını səfərbər etməklə ona sarsıdıcı zərbə vurmaq üçün yaxşı fürsət verəcək.
İrimiqyaslı hərbi əməliyyatlar isə təbii ki, böyük pullar tələb edir və Ermənistan iqtisadiyyatı heç bir həftə də bu cür müharibəyə tab gətirmək iqtidarında deyil.(virtualaz.org)

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024