İqtisadiyyat (10-02-2016, 10:45)
“Problemli borclar 500 milyon artıb” - Qubad İbadoğlu
“Ötən il ərzində valyuta ilə olan problemli borclar 500 milyon manatdan çox artıb”.
Mediatv.az xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu bildirib.
Onun sözlərinə görə, hökumət təcili tədbirlər görməsə, bu problem bütövlükdə bank sektorunu çökdürə bilər: “Mərkəzi Bankın açıqladığı son məlumata görə, bu ilin əvvəlinə iqtisadiyyata cəmi kredit qoyuluşunda vaxtı keçmiş problemli kreditlərin ümumi məbləği 1,5 milyard manatı ötüb ki, onun da 55,7 faizini manatla, 44,3 faizini isə dollar ilə olan kreditlər təşkil edib. Ötən ilin əvvəlində bu göstərici 80 faizin 20 faizə nisbətində böyük üstünlüklə manatın xeyrinə idi. Problem borcların valyuta növləri üzrə struktur təhlili göstərir ki, ümumi həcmdə il ərzində baş verən 50 faizlik artımda valyuta ilə olan problemli borcların payı 95 faizdən çoxdur. 1 il ərzində valyuta ilə olan problemi borcların həcmi 500 milyon manatadək artıb”.
Q.İbadoğlu bunun başlıca səbəbini il ərzində manatın 2 dəfə devalvasiya nəticəsində dəyərini 100 faizdən çox itirməsinə görə, banklara valyuta ilə borcları olan müştərilərin kredit faizlərindən əlavə məzənnə fərqinə görə 2 dəfədən çox əlavə itkilərə məruz qalması ilə əlaqələndirir: “Əgər valyuta ilə olan borclar problem həll olunmazsa son nəticədə bu səbəbdən problemli kreditlərin cəmi kreditlərdə payı kəskin arta və bu bütövlükdə bank sektorunun ziyanının çoxalmasına və maliyyə mötəbərliliyinin azalmasına gətirib çıxarmalıdır. Bir daha yaranmış vəziyyətin fəlakətli hala keçməməsi üçün bu problemi diqqətə gətirir, onun neqativ təsirlərini əvvəlcədən qiymətlərndiməklə hökuməti təcili tədbirlər görməyə çağırıram”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024