Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (26-05-2015, 13:02)
Beynəlxalq Bankdakı təhlükə digər bankları da gözləyirmi?

 

Azərbaycanda fevralın 21-də Mərkəzi Bankın manatın devalvasiyasiyası ilə bağlı qərarından sonra bankların problemli kredit məsələsindən əziyyət çəkdikləri və təhlükə ilə üz-üzə olduqları barədə iqtisadçılar tez-tez siqnallar versə də, bu məsələdə bankları ittiham edənlər də az deyil.

Mediatv.az  xəbər verir ki, xüsusilə Beynəlxalq Bankla bağlı üzə çıxan proseslər onu göstərdi ki, ölkədə adi vətəndaşdan tutmuş hüquqi şəxslərin də banklardan götürüb ödəmədiyi kreditlərin məbləği həddindən artıq yüksəkdir. Konkret Beynəlxalq Bankla bağlı məsələdə istinad olunan rəqəmdə 6 milyarda yaxın vəsaitdən söhbət getməsi problemin nə dərəcədə aktual olmasını ortaya qoyur. Eyni zamanda rəqəmlərə istinad etsək, Mərkəzi Bankın 2015-ci ilin birinci rübünün yekunu üzrə hesabatında bildirilir ki, 2015-ci ilin yanvar-mart aylarında Azərbaycanın bank sektorunda ödənişi gecikdirilmiş kreditlərin həcmi 5,88 faizə çataraq 1 213,3 milyon manat təşkil edib.

Ötən ilin analoji dövründə bu göstərici 853,7 milyon manat (ümumi portfelin 5,37 faizi), 2015-ci il fevralın yekunu üzrə isə 1 138,2 milyon manat (5,5 faiz) olub. Ödənişi gecikdirilmiş kreditlərin payı il ərzində 42,12 faiz, ay ərzində isə 6,6 faiz artıb.

 

Mərkəzi Bankın 2015-ci il aprelin 1-nə olan hesabatına əsasən, banklar tərəfindən 12 209,2 milyon manat (59,17 faiz) milli valyutada və 8432,2 milyon manat (40,83 faiz) sərbəst dönərli valyutada (SDV) olmaqla, ümumilikdə 20 632,3 milyon manat kredit verilib.

2015-ci ilin yanvar ayında bu nisbət müvafiq olaraq 73 və 27 faiz, fevralda isə 60 və 40 faiz olub. Müqayisə üçün deyək ki, 2014-cü ilin mart ayının yekunu üzrə bu göstərici 15 889,5 milyon manat (11 503,2 milyon manat milli valyutada və 4 386,3 milyon manat SDV-də) olub.

2015-ci il mart ayının yekunu üzrə (451 milyon manat ödənişi gecikdirilmiş borclar daxil olmaqla) qısamüddətli kreditlərin həcmi 4 585,8 milyon manat təşkil edib. 2014-cü il mart ayının nəticəsinə görə isə 388,8 milyon manat ödənişi gecikdirilmiş borclar daxil olmaqla, 3 544,2 milyon manat təşkil edib. İl ərzində qısamüddətli kreditlərin həcmi 29,4 faiz artıb.

Uzunmüddətli kreditlərin həcmi 2014-cü ilin mart ayındakı 12 345,4 milyon manata (464,9 milyon manat ödənişi gecikdirilmiş borclar daxil olmaqla) qarşı 2015-ci ilin yanvar-mart aylarında 16 046,4 milyon manat (762,4 milyon manat ödənişi gecikdirilmiş borclar daxil) təşkil edib. İl ərzində uzunmüddətli kreditlərin həcmi 30 faiz artıb.

Kredit portfeli 7440,8 milyon manat təşkil edib.

Ölkənin dövlət banklarının kredit portfeli 7440,8 milyon manat təşkil edib, özəl banklar tərəfindən isə 12 632 milyon manat kredit verilib. Qalan 2,7 faiz (559,5 milyon manat) bank olmayan kredit təşkilatlarının payına düşüb.

Dövlət Statistika Komitəsinin mart və aprel ayları üzrə açıqladığı məlumatlarda da banklara qaytarılmayan vəsaitin həcminin kifayət qədər yüksək olduğu göstərilir. Belə ki, 2015-ci il martın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,7 milyard manat ekvivalenti məbləğində kredit ayırıblar. Kreditlərin 1,1 milyard manatının, yaxud 5,5 faizinin ödəmə vaxtı keçib.

2015-ci il aprel ayının 1-nə olan göstəriciyə görə isə ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,6 milyard manat ekvivalenti məbləğində kredit ayırıblar. Verilmiş kreditlərin 1,2 milyard manatının, yaxud 5,9 faizinin ödəmə vaxtı keçib.

Statistik məlumatlardan bəlli olur ki, təkcə bir ay ərzində ödənilməyən kreditlərin həcmi 5,5 faizdən 5,9 faizə qədər artıb.

Sayt bir neçə bankın 2015- ci ilin birinci rübü üzrə vaxtı keçmiş kreditlərin həcminə dair yaydığı maliyyə hesabatı ilə də tanış olub. Məsələn, birinci rübdə “Unibank”ın kredit portfeli 10%-dən çox artıb. Birinci rübdə bankın kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 10,2% artaraq 783 milyon 398 min manata yüksəlib. Vaxtı keçmiş kreditlərin məbləği isə 52 milyon 795 min manat, kredit portfelində xüsusi çəkisi isə 6,7% təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin martında bu göstərici müvafiq olaraq 29 milyon 269 min manat və ya 4,7% təşkil edirdi.

“Bank of Baku”nun 2015-ci ilin birinci rübünə dair açıqladığı maliyyə hesabatında isə qeyd edilir ki, müştərilərə verilən kreditlər və lizinqlər üzrə vaxtı keçmiş kreditlərin həcmi 69 milyon 463 min manat olub.

“Acsess Bank”ın açıqladığı məlumatda isə vaxtı keçmiş kreditlərin məbləğinin 12041.77 AZN, bunun isə kredit portfelində xüsusi çəkisinin 1.30 % təşkil etdiyi qeyd olunub.

Qeyd olunan maliyyə hesabatlarından da bəlli olur ki, bankların vəziyyəti heç də ürəkaçan deyil. Adıçəkilən banklar üzrə qaytarılmayan kreditlərin həcmi milyonlarla ölçülür. Hətta belə bir məlumatlar da səslənir ki, Beynəlxalq Bankla bağlı yaranan situasiya digər bankları da gözləyə bilər. Belə ki, növbəti raundda digər bankların da külli miqdarda kredit götürüb qaytarmayanlarla problemi məhkəmə müstəvisində həll edəcəyi ehtimal edilir.

İqtisadçı-ekspert Samir Əliyev məsələ ilə bağlı sayta açıqlamasında bildirib ki, devalvasiyadan sonra problemli kredit məsələsi qabarmağa başlayıb: “Manatın 35 faiz ucuzlaşması nəticəsində dollarla olan kreditlər birdən-birə 35 faiz artdı. Xüsusilə Konstitusiya Məhkəməsinin məlum qərarını gözləyən insanlarda belə bir inam yaranmışdı ki, məhkəmə onların xeyrinə qərar verəcək. Buna görə də insanlar gözləmə mövqeyi tutdular və krediti ödəmədilər. Bu da problemli kreditlərin həcmini artırdı”.

Bankların problemli kreditlərin ölkə üzrə 6 faiz təşkil etdiyini qeyd edən ekspert vurğulayıb ki, reallıqda bu rəqəm dəfələrlə çoxdur: “Banklar var ki, kredit portfelinin yarıdan çoxu problemli kreditlərdir. Vəziyyət ötən illə müqayisədə daha pisdir. Devalvasiyadan sonra dollar kreditlərinin ödənilməsində problem var. Bundan əlavə, ölkədə hazırda biznes sahəsində durğunluq müşahidə olunur. Büdcə ödənişləri azaldığına görə, bütün iş yerlərində ixtisarlar var... Bu da insanların ödəmə qabiliyyətinə mənfi təsir göstərir. Hesab edirəm ki, yaxın bir-iki il ərzində problemli kredit məsələsi aktual olaraq qalacaq”.

“Qafqazinfo”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024