İqtisadiyyat (29-01-2016, 23:17)
Neft Fondu daşınmaz əmlak fondlarına pul qoymağa başladı
Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlak fondlarına investisiyalara başlayıb.
Mediatv.az xəbər verir ki, bu barədə Fonddan "Report"un sorğusuna cavab olaraq bildirilib: "ARDNF-in daşınmaz əmlak üzrə investisiya strategiyasının ilkin mərhələsini məhz birbaşa yatırımlar təşkil etməli idi ki, Fond da bu mərhələnin icrasını uğurla davam etdirir və bu yatırımlardan həm stabil olaraq əldə edilən pul axınları, həm də müsbət qiymət fərqi ümumi investisiya portfelinin gəlirliliyinə önəmli töhfə verir. Eyni zamanda, Fondun birbaşa daşınmaz əmlak yatırımlarında yüksək diversifikasiyanın təmin olunması istiqamətində də uğurları göz qabağındadır və artıq adıçəkilən maliyyə alətinin ən önəmli bazarlarının əksəriyyətində ARDNF təmsil olunmaqdadır".
Qeyd olunub ki, ARDNF-in daşınmaz əmlakla bağlı investisiyalarında məqsəd aşağı və ya orta riskli əmlaka investisiya etməklə portfelin diversifikasiyasına nail olmaqdır: “Neft Fondu hələ bu yatırımlara başlamazdan öncə onun son hədəfi bu maliyyə alətində bir çox istiqamətləri özündə əks etdirən geniş şaxəli portfelin qurulması olub.
Fond bu istiqamətdə birbaşa daşınmaz əmlak imkanları ilə yanaşı, daşınmaz əmlak fondlarına investisiyalara da başlayıb. Bu yatırımlar ARDNF üçün həm coğrafi olaraq, həm daşınmaz əmlakın inşaat durumu olaraq (hazır və ya tikilməkdə olan), həm əmlakdan istifadə təyinatı olaraq (ofis, ticarət logistika və s.) geniş imkanlar yaratmaqla yanaşı, gəlirliliyin daha da artırılmasında önəmli vasitə olacaq”.
ARDNF-in 2016-cı il üzrə təsdiqlənmiş investisiya siyasətinə əsasən, Fondun investisiya portfelində daşınmaz əmlaka investisiyaların payı 5%-dən 10%-ə qaldırılıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024