LUKOİL şirkətinin prezidenti Vahid Ələkbərov “Rossiya 24” telekanalına verdiyi müsahibədə bildirib ki, neftin 1 barrelinin qiyməti 24 dollara düşəcəyi təqdirdə Rusiyada neft hasilatı sahəsində bir çox layihələr bağlana bilər.
Mediatv.az saytı bildirir ki, Vahid Ələkbərovun sözlərinə görə, 24 dollar ən aşağı mümkün olan həddir. “Analitika göstərir ki, bu həddən aşağı qiymət hətta fəaliyyətdə olan bir çox layihələrin dayandırılması deməkdir”, - LUKOİL prezidenti belə deyib.
Daha öncə Ələkbərov bildirmişdi ki, böhran dövründə inqilablar, islahatlar və vergi dəyişiklikləri etməyə dəyməz.