O, neft qiymətlərinin 2016-ci ildə 42-47 dollar/barel səviyyəsində qalmaqda davam edəcəyini deyib.
Mediatv.az-ın Bolqarıstanın "Trud" qəzetinə istinadən məlumatına görə, V.Ələkbərov verdiyi açıqlamada bildirib: "Vyanada keçirilən OPEK toplantısında İranın, İraqın neft nazirləri və analitiklərlə görüşdüm. Hamısı gələn il qiymətlərin indiki səviyyədə qalmaqda davam edəcəyinə inanır. Qiymətlərin 42-47 dollar/barel səviyyələrində olacağı gözlənilir. 2016-cı ilin sonuna doğru və ya 2017-ci ilin əvvəllərində isə qiymətlərdə artım gözlənilir".
V.Ələkbərova görə, neft təklifi və tələbi 2017-ci ildə tarazlaşacaq və neftin qiyməti, sürətli olmasa da artmağa başlayacaq.
"Bizim hesablamalarımıza görə, bu ortalıq müddətdə neftin bir barelinin qiyməti 60 dollar ətrafında tərəddüd edcək", -deyə V.Ələkbərov fikrini dəqiqləşdirib.