Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (16-01-2016, 20:16)
Son manatınızı dollara çevirməyin – Banklara xeyir verirsiniz

125675_res_01

Azərbaycanda üzən məzənnəyə keçiddən sonra valyuta bazarında yaranmış ajiotaj süni xarakter daşıyır.

Mediatv.az xəbər verir ki, bu vəziyyətin yaranmasının obyektiv səbəbi bazarda tələbin təklifi qat-qat üstələməsidir. Amma tələbin artmasında subyektiv amillər də mühüm rol oynayır. Vəsaitlərini devalvasiyanın nəticələrindən qorumaq istəyən vətəndaşlar kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə axın edərək dollar almağa başlayıblar.Bu vəziyyətin yaranmasının obyektiv səbəbi bazarda tələbin təklifi qat-qat üstələməsidir. Amma tələbin artmasında subyektiv amillər də mühüm rol oynayır. Vəsaitlərini devalvasiyanın nəticələrindən qorumaq istəyən vətəndaşlar kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə axın edərək dollar almağa başlayıblar.Bu prosesi obyektiv adlandıranlar da var, amma paradoks ondan ibarətdir ki, əksər hallarda insanlar özlərinin son çörək pulunu belə dollara çevirib.
İqtisadçı Ekspert Nicat Hacızadə də belə düşünür: “Hazırda ölkədə manat-dollar tənzimlənməsində əhali arasında ajiotaj var. Amma əslində əhali bilməlidir ki, manat üzən məzənnə sistemindədir. Yəni artıq  Mərkəzi Bankın müdaxilə etmək hüququ yoxdur. İndi bazarda manat dəyərsizləşir və dollar dəyərə minir, bu vəziyyəti yaradan əhali özüdür. Yəni əhali gedib nə qədər dollar alacaqsa, bilməlidir ki, manat da bir o qədər zəifləyəcək.
Eyni zamanda elə o qədər də məhsulların qiyməti qalxacaq”.
Ekspert hesab edir ki, vətəndaşlar çoxlu miqdarda dollar almaqla əslində özünün düşdüyü vəziyyəti daha da ağırlaşdırır: “Çoxlu dollar almaqla əslində özümüz-özümüzə quyu qazırıq. Məhsulların qiymətinin qaldırılmasında, dolların kursunun daha da möhkəmlənməsində bizim aldığımız dollarların xüsusi rolu var. İqtisadiyyatda belə termin mövcuddur ki, nəyə çox tələb varsa, o bir qədər də dəyərə minər. Dollara da bir məhsul kimi baxsaq, qiymətli kağız kimi baxsaq, onu nə qədər dəyərləndirsək, milli valyutamız o qədər zəiflədəcək”.
Dollarla əmanət yığımı yalnız uzunmüddətli perspektivdə effekt verir. Bu gün aldığı 500 manat maaşı aparıb gündəlik kursla dollara çevirənlər isə əslində maddi olaraq uduzurlar və bu prosesdən qazanan dollar alanlar deyil, banklar olur. Sadə bir misal çəkək. Məsələn, vətəndaş 500 manat maaş alır və onu dərhal indiki kursla dollara çevirir. Bu zaman həmin şəxsin əlində təxminən 300 dollar olur. Amma vətəndaş gündəlik istehlak mallarını, ərzaq və qeyri-ərzaq məhsullarını dollarla almır.

Manatı qalmadığından o 3-5 gün sonra yenidən aldığı dolları manata çevirməyə məcbur qalır.
Bu zaman o, 300 dolları bankları alış kursu ilə 470 manata satır və 30 manat zərərdə olur. İtirən ajiotaja uyub son qəpiyini dollara çevirən vətəndaş, qazanan isə yenə banklardır.
Nicat Hacızadə qeyd edir ki, indiki situasiyada qara bazardan dollar almış vətəndaşlar daha çox ziyana düşürlər: “Qanuni inhisarda olmayan, yəni dövlət tərəfdən tənzimlənməyən xüsusi azad sahibkarlar vasitəsi ilə ölkəyə gətirilən idxal məhsullarının qiyməti də əhalinin dəyişdiyi miqdar dərəcəsində dəyişəcək. Onsuz da əhali bu məhsulları dollarla almayacaq. Məcburi halda aldığınız dolları manata çevirəcəksiniz. Yəni ölkə daxilində qanunvericiliyə uyğun olaraq istənilən alqı-satqı manat şəklində olmalıdır. Siz nə qədər dollar yığsanız belə, onu sonra məcburən manata çevirəcəksiniz. Digər tərəfdən əhali bilməlidir ki, qara bazadan dollar almağa üstünlük verməməlidir. Çünki bunu edənlər bu gün üçün artıq müəyyən itkilərlə üzləşiblər.  Bu gün əgər dolların məzənnəsi 1.60-1.64 arasında dəyişirsə, insanlar isə gedib qara bazardan dolları 1.80 manat kursu ilə alırsa, bəri başdan bir dollarda 20 qəpik, 100 dollarda 20 manat ziyana düşür”.

Ekspert dolların kursunun stabilləşməsi üçün müəyyən addımlar atıldığını, bazarda ajiotajın aradan qalxdığını, qara bazardan yüksək kursla dollar alanların isə artıq ziyana düşdüyünü deyib: “Əhali anlamalıdır ki, bu qədər dollar alıb yığmağın elə bir ciddi mənası yoxdur. Artıq Azərbaycan Dövlət Neft Fondu tərəfindən dolların satışı başlayıb. Deməli, bizim dollar ehtiyatımız artır. Bu isə o deməkdir ki, uzun müddətli dövrdə bu məzənnə 1.60 arasında dəyişəcək. Əgər siz dolları 1.80-dən almısınızsa və təcili olaraq qısa müddətdə dolları manata dəyişmək məcburiyyətində qalacaqsınızsa, bu, böyük itiklərlə nəticələnəcək.
Çünki əhali baş verənləri proqnozlaşdıra bilməz. Əgər üçüncü devalvasiya həyəcanının yaşanması həm Mərkəzi Bankın ehtiyatlarının azalması, həm də dünya bazarında neftinin qiymətinin aşağı düşməsi ilə birbaşa bağlıdır. Bunun nəticəsində ölkəyə valyuta ehtiyatı daha az daxil olur. Bu zaman mümkün idi ki, manat bir qədər də zəifləsin. Dövlət Neft Fondunun banklara dollar satması bu məsələni bir qədər ləngitdi. Ona görə də əhaliyə izah etmək lazımdır ki, qara bazara yaxınlaşmasın”.

Qeyd edək ki, Dövlət Neft Fondu bu həftə ərzində iki dəfə hərrac yolu ilə banklara ümumilikdə 500 milyon dollar satıb. Bazarda dollar kütləsinin artması təkliflə tələbi tarazlaşdırıb və valyutaların kursları nisbətən stabilləşməyə başlayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024