Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (13-01-2016, 17:22)
“Məsuliyyətli müştərilər krediti 1,05 məzənnəsi ilə ödəyə bilər” – BANK

14526859872301664021_554x360

 

“Azərbaycanda məsuliyyətli bank müştəriləri dollar kreditini 1,05 manat məzənnəsi ilə ödəyə bilər.”

Mediatv.az xəbər verir ki, bu barədə “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov bildirib.
Onun sözlərinə görə, banklar dollarda müştərilərinin aylıq ödənişini azaltmaq üçün kreditin müddətini uzadırlar, faiz dərəcəsini aşağı salırlar, amma ciddi güzəştlər üçün dövlətin dəstəyinə ehtiyac var: “Bankların da imkanları məhduddur. Burda da bizim fikrimizcə, dövlət dəstəyi lazımdır. Bildiyim qədər məsuliyyətli borcalanlar üçün əhalinin 10 minədək olan dollar kreditlərininin kompensasiyası məsələsi üzərində işləmək tapşırılıb. Yəni dollarda borc alan 1.05 manat kursla ödəyəcək, borcun aradakı məzənnə fərqini isə Azərbaycan Mərkəzi Bankının (AMB) simasında dövlət qarşılayacaq”
Eldar Qəribov deyib ki, 360 min ölkə vətəndaşını əhatə edən bu proqram az gəliri olan əhalinin devalvasiyanın nəticələrindən dəstəklənməsi istiqamətində çox vacibdir: “Bizim dəyərləndirməmizə görə, bu proqramın maksimal həcmi 450 milyon manat təşkil edir ki, bu zaman maliyyələşmə mənbəyi olaraq milli valyutanın devalvasiyası nəticəsində AMB tərəfindən əldə olunmuş həmin 3 milyard manatın bir hissəsi çıxış edə bilər”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024