Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (23-12-2015, 13:44)
Çörəyin və yumurtanın qiyməti bahlaşdı

get_img

 

Mərkəzi Bankın üzən məzənnə açıqlamasından sonra bəzi işbazlar sadəcə özlərini düşünərək, qiymət artımına gediblər.
Mediatv.az xəbər verir ki, bizimyol.info-nun əməkdaşı paytaxt mağazalarındakı qiymətlərlə maraqlanıb. Jurnalist Rahat-Market-də alıcılarla söhbət zamanı çörəyin qiymətinin qalxması ilə rastlaşıb. Alıcılar narazılıqlarını gizlətməyib.
Mağazada alış-veriş edən xanımlardan biri deyir ki, qiymətləri insanlar süni şəkildə qaldırır:“Marketlərdə 1 manat qiyməti olan malı 3 manata satırlar. Bəzi mallar dəyərindən artıq qiymətə təklif olunur. Girdiyim bəzi mağazalarda əvvəl qiyməti 2 manat olan ərzağı 5 manata gördüm. Əvvəlcədən camaat arasında şayiə yayırlar. Deyirlər süni şəkildə qiymət qaldıranlar cəzalandırılacaq. Ancaq ortada heç nə yoxdur. Bayramqabağı qiymətləri bir az da qaldıracaqlar. Yenə maaşlar yüksək olsa, qiymət nə qədər qalxsa da millətin təsəllisi olar ki, onsuzda qazanc yerim var. Maaş da yoxdur axı. Hələ deyirlər yanvardan ixtisarlar olacaq”
000c9b16464067db444b0bc4c465b927_XLBu gün “Rahat” marketlər şəbəkəsində “Gilan Holdinq”in istehsalı olan çörəyin 50 qəpikdən satılması halı müşahidə olunub və mətbuatda bu barədə məlumat verilib.
“Gilan Holdinq”in səlahiyyətli nümayəndəsi “Marja”ya bildirdi ki, holdinq daima Azərbaycan iqtisadiyyatına dəstək verdiyindən heç bir məhsulunda qiymət artırımı etməyib:
“Holdinq tərəfindən çörəyin qiyməti artırılmayıb. Qiymət artırımı market tərəfindən həyata keçirilib və biz bunu araşdıracağıq. Biz hazırda unu baha almağımıza baxmayaraq, əvvəllər olduğu kimi 500 qramlıq çörəyi 26 qəpikdən marketlərə veririk. Tələblərimizə görə, həmin çörək 30 qəpikdən baha satıla bilməz. Şirkətimiz nəyinki çörəyin, meyvə şirələrinin, südün də qiymətini artırmamışdır”.
Şirkətin nümayəndəsi qeyd etdi ki, artıq unun kiloqramı 36 qəpikdən 54 qəpiyə qaldırılıb.
“Devalvasiyaya ilə əlaqədar olaraq qiymətlərin artacağı qaçılmazdır. Gözləmə mövqeyindəyik, dövlətdən yardım olmasa gələcəkdə biz də qiymətləri qaldıra bilərik. Amma hal-hazırda tərəfimizdən qiymət artırımı edilməmişdir”.
Şirkətdən qeyd edildi ki, çörəyin çəkisində də dəişiklik edilməmişdir.
Qeyd edək ki, “Gilan Holdinq”ə bağlı olan “Xəzri TN” MMC «№1» çörəklərinin istehsalçısıdır

***

 

“Azərbaycanda istehsal olunan quş ətinin qiyməti hələ ki, dəyişməsə də yumurtanın qiyməti artıq 25 faiz artıb”.
Mediatv.az xəbər verir ki, bunu  Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.
O bildirib ki, bu günə kimi müəssisələrdə yumurtanın qiyməti 11 qəpik idisə, bu gündən 14-15 qəpiyə satılacaq: “Yumurtanın qiymətində hazırda 25 faiz artım var. Qiymətin daha da qalxacağı, yaxud azalacağı ilə bağlı proqnoz vermək mümkün deyil. Bu, iqtisadiyyatın ümumi vəziyyətindən asılı olacaq. Hazırda toyuq ətinin qiymətləri hələ ki, 2 manat 40 qəpiklə, 3 manat 5 qəpik arasındadır. Bu fərq məhsulun qablaşdırılmasından asılıdr”.
A.Vəliyev xatırladıb ki, quşçuluq müəssisələri istehsal üçün lazım olan bütün xammalı, avadanlığı xaricdən gətirir: “Müəssisələr üçün lazım olan dərman preparatlarının, yem əlavələrinin, lazım olan avadanlığın 100 faizi başqa ölkələrdən alınır. Yemin isə 80-85 faizi xaricdən gətirilir. Qarğıdalı, buğda və arpanın sadəcə 10-15 faizi yerli məhsul hesabına təmin olunur”.
A.Vəliyevin sözlərinə görə, məsələni həll etmək üçün ilk növbədə yem problemi həll olunmalıdır. Onun sözlərinə görə, müəssisələrə yem istehsal edə bilmələri üçün torpaq sahələri ayrılarsa, problemi çözmək olar. O, bildirib ki, bu məsələ ilə bağlı illərdir müvafiq qurumlara etdikləri müraciətlər nəticəsiz qalıb: “Quşçuluq müəssisələrinə torpaq sahələrinin ayrılması ilə bağlı müvafiq orqanlarla danışıqlarımız bu gün də davam edir. Amma hələ ki, nəticə yoxdur. Bu, uzun bir prosesdir. Torpaq sahələrinin çoxu şoranlaşıb, üzərində qeyri-qanuni tikililər var, həmin ərazilərə işıq, su çəkilməlidir və s. Bütün quşçuluq müəssisələrinin müəyyən qədər torpaq sahəsi olarsa, yem problemini aradan qaldırmaq olar”.
A.Vəliyev onu da bildirib ki, hazırda quşçuluq müəssisələrinin ən böyük problemləri kreditlərlə bağlıdır. Cəmiyyət sədrinin sözlərinə görə, müəssisələrin inkişafı üçün onlara verilən kreditləri ödəyə bilmədiklərindən banklarla aralarında problem yaranır: “Müəssisələrin götürdükləri kreditləri verə bilməməsi daha çox bazar darlığı ilə bağlıdır. İstehsal etdikləri məhsulu bazarda sata bilmirlər, çünki yerli bazarda olan məhsulun beşindən ikisi xaricdən gətirlən donmuş toyuq ətidir. Bu səbəbdən də quşçuluq müəssisələrinin anbarlarında minlərlə ton satılmayan məhsul toplanır”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024