Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-10-2015, 22:29)
Yumurta niyə 18 qəpik oldu?

Bu gün paytaxtın bir çox ticarət mərkəzlərində, xüsusilə də xırda mağazalarda yumurtanın bir ədədi 18 qəpikdən satışa çıxarılıb.

 

Bu barədə virtualaz.org saytına marketlərdən məlumat verilib.

 

Məsələn, metronun “28 may” stansiyasının yaxınlığındakı mağazalarda yumurta 18 qəpiyədir. İri ticarət mərkəzlərində yumurta 13-14 qəpiyə təklif edilir. Topdansatış müəssisələrində isə 10-11 qəpiyədir. Halbuki ötən həftə yumurta 8 qəpiyə təklif edilirdi.

 

Hazırda ölkədə ildə 1 milyard 300 milyon ədəd yumurta istehsal edilir. Ölkə əhalisinin yumurtaya tələbatı isə 2 milyard 600 milyon ədəddir.

 

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov virtualaz.org saytına deyib ki, mövsümlə əlaqədar yumurtanın qiymətində artım müşahidə edilir. Lakin indiki artım olduqca böyükdür: “Hazırda Ukraynada yumurtanın qiyməti 5 qəpikdir. Rusiyada 6, Gürcüstanda 6-7 qəpik arasında dəyişir. Azərbaycanda isə sahibkarlar sövdələşməyə gedirlər. Ölkəyə digər sahibkarların yumurta gətirməsinə imkan verilmir. Yumurta istehsalı, satışı bir dairədən idarə olunduğu üçün istənilən zaman qiymətləri dəyişə bilirlər”.

 

Ekspertin sözlərinə görə, ölkəyə tələbata uyğun yumurta gətirilərsə, qiymətlər aşağı salına bilər: “Mövsümlə əlaqədar istehsal zəifləsə də hazırda bir yumurtanın maya dəyəri 7-8 qəpikdən çox deyil. Təəssüf ki, bu sahədə rəqabət yoxdur. Buna görə də yumurtanın qiymətini istənilən vaxt artırıb-azaldırlar”.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən isə qiymətlərin artırılması ilə bağlı məlumatlı olmadıqlarını dedilər.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024