İqtisadiyyat (21-12-2015, 10:49)
Son 10 ayda 98% devalvasiya olub
Azərbaycan manatı son 10 ay ərzində ikinci dəfə devalvasiya olunub. Bununla da, milli valyutanın hesabat dövründə ümumi devalvasiyası 98% təşkil edib.
Mediatv.az xəbər verir ki, nəticədə, Azərbaycan manatı 2015-ci il ərzində MDB və Avropa məkanında ən çox dəyərdən düşən valyuta olub. Bu sırada ikinci 85%-lə Qazaxıstan tengesi, 54,3%-lə Belarus rublu qərarlaşıb. Manatın zəifləməsi prosesinin “üzən məzənnə” rejiminə uyğun olaraq neftin qiymətinin düşməsinə bağlı davam edəcəyi gözlənilir. Neftin qiyməti azalmağa davam edərsə, manatın məzənnəsi düşəcək. Əks halda isə manatın 1,55 AZN/USD səviyyəsində sabitləşməsi ehtimal edilir. Neftin qiymətinin 25 dollara qədər azalması gözlənilir ki, bu halda dolların Azərbaycanda məzənnəsinin 2 AZN/USD-yə yaxınlaşması mümkündür.