Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (18-12-2015, 11:22)
"Bank sektorunda ixtisarlar davam edəcək" - Qubad İbadoğlu

 

 

İqtisadçı alim Qubad İbadoğlu ölkəmizin bank sektorunda davam edən ixtisarlar barədə öz fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb.
Mediatv.az iqtisadçının müvafiq statusunu oxuculara təqdim edir:
"İlin əvvəli ilə müqayisədə noyabr ayının 1-ə bankların müştərilərinin sayının 582452 nəfər artmasına baxmayaraq, bu ilin ikinci yarısından bank sektorunda başlayan ixtisarlara görə 1000 nəfərədək işçi işi ilə vidalaşıb. Hazırda banklarda çalışanların ümumi sayı 21.500 nəfər təşkil edir. Gələn ildən işçilərin siyahı sayında azalmanın daha üstün templə davam edəcəyi gözlənilir. Bunu şərtləndirən başlıca amillərdən biri bankların kredit qoyuluşlarının azalmasının tendensiya xarakteri almasıdır. Bu isə yalnız iqtisadiyyatda işgüzar fəallığın azalması ilə deyil, həmçinin kredit faizlərinin hələ də yüksək olması ilə əlaqədardır. Bütün bu proseslərin nəticəsində bank fəaliyyətinin maliyyə nəticələri pisləşməkdə, həm zərərlə işləyən bankların və həm də zərərin məbləği artmaqdadır. Bu tendensiya növbəti ildə bank sektorunda böhran hallarına gətirib çıxara və iş yerlərinin daha çox ixtisarını şərtləndirə bilər. Odur ki, Mərkəzi Bank növbəti ilin pul-kredit siyasətinin əsas istiqaməltlərində bankların sağlamlaşdırılması və onların karpitalının təmərküzləşdirilməsi siyasətini davam etdirməlidir".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024