İqtisadiyyat (9-11-2015, 19:28)
Neft 2016-da da bahalaşmayacaq – qiymət proqnozları aşağı salındı
Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings, enerji sektoru şirkətlərinə reytinq verərkən istifadə etdiyi neft və təbii qazın qiymət proqnozlarını aşağı salıb.
Mediatv.az xəbər verir ki, neft təklif və tələbi arasındakı fərqin 2015-ci ilin 2-ci rübündə 3 milyon barel/gün ilə zirvəyə çıxdığını və bazarın 2016-nın ikinci yarısına qədər tarazlığa gəlməsinin gözlənmədiyini ifadə edən Fitch, bu səbəblə neft qiymətlərində mülayim bir yüksəliş gözləntisini 1 il təxirə salaraq 2017-ci il olaraq müəyyən etdiklərini vurğulayıb.
Fitch, 2016-ci il üçün Brent neftində orta qiymət proqnozunu 55 dollar/barel, 2017-ci il üçün 65 dollar/barel olaraq müəyyən edib. Qərbi Texas nefti üçün 2016 proqnozunu 50 dollar/barel və 2017 proqnozunu 60 dollar/barel olaraq müəyyənləşdirib.
Brent nefti üçün uzunmüddətli proqnozunu 75 dollar/barelə endirən Fitch, Qərbi Texas nefti üçün uzunmüddətli proqnozunu isə 70 dollar/barel olaraq qoruyub saxlayıb (marja.az).