İqtisadiyyat / Slayd (8-12-2015, 20:12)
Neftdən növbəti anti-rekord - 39,98 dollar
Bu dəqiqələrdə yenidən neft qiymətləri sürətlə aşağı düşür.
Mediatv.az xəbər verir ki, Bakı vaxtı ilə 18:07-da Brent nefti 39,91 dolları görüb. Brent nefti 1,9%-ə yaxın ucuzlaşıb. Dünən brent nefti təxminən 6% ucuzlaşmışdı. Brent nefti 2009-cu ilin Fevral ayından bəri ilk dəfə 40 dollardan aşağı düşüb.
ABŞ xam nefti isə 2,7% ucuzlaşaraq 36,67 dollara düşüb.
Analitiklər, ötən cümə günü keçirilmiş OPEC-in 168-ci Nazirlər Toplantısında istehsalın azaldılmamasına dair bir qərar çıxmaması səbəbindən neftin ucuzlaşdığını bildirirlər. Hasilat azaldılmadığından bazarda neft bolluğu yaranıb. Neftə tələb isə təklifdən azdır.
Brent neftin barelinin qiymətində 42 dollar səviyyəsinin dəstək mövqeyində olduğunu bildirən analitiklər, qiymətin bu səviyyədən aşağı düşməsi vəziyyətində 39 dollar səviyyəsinin gündəmə gələ biləcəyini proqnozlaşdırmışdılar. /”Marja”