İqtisadiyyat (12-11-2015, 09:14)
Neft 45 dollar oldu
Noyabrın 11-i gündüz saatlarında barelinin qiyməti 47,60 dollar olan Brent nefti, gecə saatlarında 2 dollar ucuzlaşaraq 45,60 dollaradək düşüb.
Mediatv.az-ın məlumatına görə, Bakı vaxtı ilə 05:30-da Brent nefti 46 dollardan alıcı tapıb.
Gecə saatlarında ABŞ xam nefti də kəskin ucuzlaşaraq barelinin qiyməti 44,06 dollardan 42,63 dollara düşüb. Bakı vaxtı ilə saat 05:30-da ABŞ (Texas) xam nefti 43 dollardan alıcı tapıb.
Neftin ucuzlaşmasının səbəblərindən biri ABŞ-ın Enerji Məlumat İdarəsinin, bu gün dərc edəcəyi həftəlik xam neft hesabatıdır. Hesabatın, xam neft ehtiyatlarında 1 milyon barellik artım olduğunu göstərməsi gözlənilir. Məlumat bu gün Bakı vaxtı ilə 20:00-da açıqlanacaqdır.
Neftin ucuzlaşamasının digər bir səbəbi Çində sənaye istehsalının gözləniləndən zəif artmasıdır. Dünyanın ikinci ən böyük neft alıcısı olan Çin iqtisadiyyatına dair şübhələr neftin qiymətinin aşağı düşüməsinə səbəb olur.Çin iqtisadiyyatının zəifləməsi ölkənin neftə olan tələbatını azalda bilər. Belə bir vəziyyət, onsuz da böyük təklif və buna qarşı aşağı tələbatdan əziyyət çəkən neft bazarı üçün arzuolunan hal deyil.