İqtisadiyyat (8-12-2015, 09:40)
Brent neftin qiyməti 40 dollara düşdü
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar artaraq 37,78 dollar təşkil edib.
Mediatv.az-ın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,24 dollar artaraq 40,97 dollar olub.
Analitiklər, ötən cümə günü keçirilmiş OPEC-in 168-ci Nazirlər Toplantısında istehsalın azaldılmamasına dair bir qərar çıxmaması səbəbindən neftin ucuzlaşdığını bildirirlər. Hasilat azaldılmadığından bazarda neft bolluğu yaranıb. Neftə tələb isə təklifdən azdır.
Brent neftin barelinin qiymətində 42 dollar səviyyəsinin dəstək mövqeyində olduğunu bildirən analitiklər, qiymətin bu səviyyədən aşağı düşməsi vəziyyətində 39 dollar səviyyəsinin gündəmə gələ biləcəyini proqnozlaşdırırdılar. Qeyd edildiyi kimi, artıq neft 40 dollara düşüb.