Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (28-10-2015, 12:27)
Daşınmaz əmlak bazarı tənəzzül edir

bina

 

Bakının daşınmaz əmlak bazarı, neftin qiymətinin aşağı düşməsi və əhalinin gəlirlərinin azalması fonunda çox ağır dövrünü yaşayır.

Mediatv.az-ın məlumatına görə, “MBA Consulting Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət Ibrahimov bildirib ki, Bakıda daşınmaz əmlakın qiyməti ilin əvvəlindən bu yana 50 faiz ucuzlaşıb. Onun sözlərinə görə, qiymətlərin azalması və bazardakı durğunluq ilin sonuna qədər, hətta gələn ilin sonunadək davam edə bilər.
Iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, mənzillərin qiymətindəki ucuzlaşma onlara tələbin kəskin şəkildə azalmasının məntiqi nəticəsidir. Yəni mənzillərin alınması prosesi 50 faiz zəifləyib. Ekspert əhalinin alıcılıq qabiliyyətinin və tikinti sektoruna kapital yatırımının kəskin şəkildə azaldığını bildirir: “Ölkənin sosial-iqtisadi həyatına kapital yatırımı 2,2 milyard manat məbləğində azalıb. Tiknti sektoruna kapital yatırımı 62 faizdən çox azalıb və bu sahədə işlər kəskin şəkildə səngiyib. Onların tikib istifadəyə vermək istədiyi obyekt və mənzillərin satışı praktiki olaraq dayandığına görə gəlir əldə edə bilmirlər. Əhali də ehtiyatda olan mənzilini sataraq ehtiyacını ödəməyə üstünlük verir. Ölkənin mənzil bazarında qiymətlərin kəskin şəkildə aşağı düşməsini şərtləndirən əsas səbəblər bununla bağlıdır”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024