Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (29-09-2015, 19:40)
Problemli bankı necə tanımalı? - 8 əlamət

Problemli bankı necə tanımalı? - 8 əlamət

 

 

Son 1 ildə Azərbaycan banklarından bir neçəsində ciddi problemlər yaranıb. Hətta Azərbaycan Mərkəzi Bankı bəzi bankların lisenziyalarını ləğv edib. Yaranmış vəziyyət təkcə bank sektorunun imici məsələsi deyil, həm də banklarda əmanəti olan minlərlə insanların narahatlığı deməkdir. Bəs bankın müflis olacağını əvvəlcədən necə bilmək, proqnozlaşdırmaq olar? 
Fins.az-ın mütəxəssis rəyləri əsasında bankların müflis olmasının əlamətlərini təqdim edir:
1) Əmanətlərin vaxtında qaytarılmaması
İqtisadçı-ekspert Əkrəm Həsənov deyir ki, qanunla banka əmanət qoymuş müştəri istənilən vaxt pulunu götürə bilməlidir: “Əmanətin qaytarılması maksimum 5 gün çəkə bilər. Azərbaycanda devalvasiyadan əvvəl banklarda bu müddət 1 gün idi. İndi isə bəzi banklar günlərlə, aylarla pulu vermirlər. Bu da o deməkdir ki, onların vəziyyəti yaxşı deyil, aktivləri passivlərindən azdır. Bankın vəziyyəti yaxşı olsa, qısa müddət ərzində əmanətin qaytarılmaması o halda ola bilər ki, birdən-birə xeyli sayda adam əmanətini götürmək istəsin, kassada bunu qarşılayacaq qədər pul olmasın”.
2) Mərkəzi Bankın kənarda durması
Ə. Həsənovun sözlərinə görə, əgər bankda müvəqqəti likvidlik problemi yaranıbsa (pul yoxdursa) Mərkəzi Bank ona borc verməlidir. Əgər bu, edilmirsə deməli tənzimləyici qurum da həmin bankın gələcəyinə inanmır, yəni müflis olmaq ehtimalı güclüdür.
3) Maliyyə hesabatlarının açıqlanmaması
Mərkəzi Bankın tələbi ilə banklar rübdə bir dəfə maliyyə vəziyyətləri barədə ictimaiyyətə hesabat verməlidirlər, maliyyə hesabatlarını saytlarında açıqlamalıdırlar: “Hazırda Azərbaycanda 30 bank bunu etmir. Bu da bir siqnaldır. Banklar kredit verəndə müştəridən təminat tələb edirlər. Maliyyə hesabatı da müştərinin bankdan gözlədiyi etimadın yaranması üçündür. Əgər hesabat açıqlanmırsa deməli problemlər var, ora əmanət qoymaq lazım deyil”.
Onun sözlərinə görə, Azərbaycanda əhalinin maliyyə savadı zəif olduğundan bankların hesabatı barədə düşünən, onlardan bunu tələb edən də yoxdur: “Bizdə insanlar baxırlar ki, əgər bankın televiziyada və yaxud radioda reklamı gedirsə, küçələrdə bilbordu varsa deməli yaxşı bankdır. Halbuki bunlar göstərici deyil”.
4) Yüksək faizlər əmanət cəlb edilməsi
İlk baxışdan yaxşı təsir bağışlayan hallar da bankda problemlərin olmasından xəbər verə bilər. Məsələn, əgər bank yüksək faizlə əmanət qəbul edirsə, bu bankın vəziyyətinin gərgin olmasının göstəricisidir. 
İqtisadçı-ekspert Samir Əliyev deyir ki, əmanət faizlərinin artırılması bankın müflis ola biləcəyinin göstəriciləridir: “Faizlərin artırılması artıq bankın pul çatışmazlığı problemi ilə üzləşməsi deməkdir. Adətən bankın kredit vermək üçün öz pulu olmayanda yüksək faizlə əmanət cəlb edir. Möhkəm bankların pula ehtiyacları elə də böyük olmadığından əmanətləri aşağı faizlə götürürlər. Maliyyə problemi yaşayan banklar isə faizləri artırırlar, hətta dollarla olan əmanətlərə belə yüksək faiz vəd edirlər”.
5) Yüksək faizlə kredit verilməsi
Banklar əhalidən aldıqları pulun üzərinə öz faizlərini də əlavə edərək yenidən kredit kimi əhaliyə qaytarırlar. Əmanəti yüksək faizlə qəbul edən banklar kreditlərin də faizlərini qaldırmağa məcbur olurlar. S.Əliyev deyir ki, ölkədəki banklara diqqət yetirsək görərik ki, iri və sabit banklar əmanətləri aşağı faizlə qəbul edirlər və nisbətən ucuz kreditlər verirlər.
6) Beynəlxalq reytinqin olmaması, xaricdən vəsait cəlb edilə bilməməsi
Bundan başqa, Samir Əliyevin sözlərinə görə, adətən güclü banklar beynəlxalq reytinq agentliklərindən reytinq əldə edib, xaricdən vəsait cəlb edirlər: “Əgər hansısa bank buna nail ola bilmirsə, deməli vəziyyəti yaxşı deyil. Çünki o reytinqi almaq üçün maliyyə göstəriciləri açıq olmalıdır, təqdim edilməlidir. Bank bunları o təşkilatlardan gizlədirsə, deməli müflis olmaq ehtimalı var. Şəffaq, normal vəziyyətdə olan banklara isə reytinq də verilir, borc da ayrılır.
7) Filialların bağlanması, birləşdirilməsi
Bundan başqa, əgər bank hansısa filialını bağlayırsa, onu başqa filiala birləşdirirsə bu da onun maliyyə vəziyyəti, gələcək perspektivi barədə qeyri-müəyyənliyin olması deməkdir: “Bank filialı o vaxt bağlayır ki, onun xərci borcunu ödəmir, yəni filialı saxlamaq sərfəli deyil, maliyyə vəziyyətini pisləşdirir. Elə banklar var ki, onların sosial öhdəliləri var, əmək haqqı, pensiya, təqaüd layihələrində iştirak edirlər. Belə banklar filial ziyana işləsə belə onu bağlamırlar. Amma kommersiya maraqlarını düşünən banklar adətən özünü dolandıra bilməyən filialı bağlayırlar ki, xərclərini azaltsınlar” – deyə Samir Əliyev qeyd edir.
8) Bazara yeni məhsulların çıxarılmaması
Bazara yeni məhsulların çıxarılmaması və yaxud mövcud məhsulların aktiv şəkildə reklam olunmaması da prolem gösəricisidir.
Samir Əliyevin fikrincə, əgər bankın bazara çıxarmağa yeni heç bir məhsulu yoxdursa və yaxud ümumiyyətlə reklama pul xərcləmirsə bu da onun müflis olmaq ehtimalının yüksək olduğunu göstərir. Çünki, dinamik şəkildə inkişaf edən banklar adətən məhsullarını tez-tez yeniləyirlər və onları aktiv şəkildə reklam edirlər. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024