İqtisadiyyat (9-09-2015, 12:12)
Bankların bağlanması yenə aktuallaşır
Samir Əliyev: “Bank sektoru hazırda ucuz neftin və devalvasiyanın fəsadlarını yaşayır”
Bank sistemində ciddi ixtisarlar başlanıb. Fevral ayında baş verən devalvasiyanın burada ciddi təsiri olduğu bildirilir. Həmçinin neftin qiymətinin kəskin şəkildə ucuzlaşması da səbəblər sırasındadır. Mətbuat hələ ki “Dəmirbank”da ixtisarların olduğunu yazıb.
Məlumata görə, iyul ayının nəticələrinə əsasən bankın işçi heyəti 1079 nəfər təşkil edib. May ayı ilə müqayisədə isə bankın işçi heyəti 127 nəfər azalıb. Belə ki, bank may ayında 1 206 işçi ilə fəaliyyət göstərirdi. Sentyabr ayında daha ciddi ixtisarların olacağı gözlənilir.
Bankın mətbuat xidmətindən məsələ ilə bağlı “Marja”ya bildirilib ki, “DəmirBank” ASC-də işçilərin kütləvi ixtisarından söhbət gedə bilməz: “Düzdür, Azərbaycanda bankların satışında müəyyən azalmalar müşahidə olunur. Amma bu, kütləvi ixtisarlara əsas vermir.
”DəmirBank"ın işçi dövriyyəsi normal qaydada davam etməkdədir. Həmişə olduğu kimi, yeni işçilər qəbul edilir və bəzi işçilər bankı tərk edirlər. İşçinin iş yerini dəyişməsinin müxtəlif səbəbləri olur. Təbii ki, bazarın bu həssas dönəmində kiminsə işdən çıxması diqqət cəlb edə bilər. Bu, normal bir haldır və “DəmirBank”da müxtəlif vaxtlarda işçilərin sayında azalmalar və artmalar olur. Bankımızın bir çox böyük layihələri qabaqdadır. Müştərilərimiz və ictimaiyyət bunun şahidi olacaq. Əlavə olaraq qeyd edim ki, bank hazırda böyüyür, filial şəbəkəsi durmadan genişlənir. 2 həftə əvvəl “Dəmirbank”ın yeni Sumqayıt filialının açılışı olmuşdur. Bu ay içində daha 2 filialın açılışı gözlənilir".
Ekspert Samir Əliyev isə məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bank sektoru hazırda ucuz neftin və devalvasiyanın fəsadlarını yaşayır: “Ötən ilin sonlarından neftin ucuzlaşması bu sektorun qan dövranını təşkil edən pul vəsaitlərinin hərəkətini məhdudlaşdırıb. Devalvasiya isə bankların problemlərini üzə çıxartdı. Müvazinətini itirmiş banklar hələ də özünə gələ bilmir. Mərkəzi Bankın əvvəl dəstəkləyici qərarları sonradan sərt qərarlarla əvəz olundu. Komisyon haqlarına 1 faizlik, istehlak kreditlərinin faiz dərəcələrinə 29 faizlik, mikrokreditlər üzrə 25 faizlik həddin tətbiqi bankları çətin duruma saldı. Çıxış yolu ucuz resurs cəlb etmək və xərcləri optimallaşdırmaq idi. Birinci indiki halda çətin göründüyündən banklar ikincini seçməli oldu. Onsuz da məsuliyyətsiz kreditləşmə siyasəti və istehlak kreditləşməsinin sürətli artımı işçi heyətinin şişməsinə gətirib çıxarmışdı. Ona görə də ixtisarlar qaçılmazdır”.
Ekspert ehtimal edib ki, xərclərin optimallaşdırılması özünü bir neçə istiqamətdə göstərəcək: “İlk əvvəl ixtisarlara start veriləcək. Biz sentyabr-oktyabr aylarında bank sektorunda nəzərəçarpacaq ixtisarların şahidi olacağıq. Artıq avqust ayından başlayaraq ixtisarlar üçün müəyyən texniki prosedurlar hazırlanıb. Sentyabrdan başlayaraq artıq ixtisarlar qaçılmaz olacaq. Proses ilin sonuna kimi davam edəcək və makroiqtisadi vəziyyətdən asılı olaraq dəyişəcək. İkincisi, filialların ixtisarı baş verəcək. Bu, filial şəbəkəsinin birləşdirilməsi ilə özünü göstərəcək. Ola bilsin, tək-tük bank tərəfindən yeni filialın açılması xəbərlərini eşidək. Ancaq ümumən götürəndə bağlanacaq filialların sayı daha çox olacaq. Filialların sayı təxminən 5-10 faiz azala bilər. Üçüncüsü, məvaciblər azaldılacaq. Artıq bir neçə bankın timsalında maaşların azaldılması, əlavə ödənişlərin ləğv edilməsi baş verib. Qənaət rejimi digər bankları da əhatə edəcək. Xərclərin optimallaşdırılması tədbirləri təkcə banklarda yox, həm də bank olmayan kredit təşkilatlarında aparılacaq. İlin sonuna kimi hansısa bankın və bank olmayan kredit təşkilatının da bağlanması realdır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024