Sosial təminat sistemi əhatə etdiyi əhali qruplarından biri də qanunvericilikdə nəzərdə tutulan kateqoriyalara aid olan uşaqlardır.
Hazırda:
18 yaşadək əlilliyi olan şəxslər- 50 min uşaq,
Ailə başçısını itirmiş uşaqlar - 166 min uşaq,
Aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlar - 160 min uşaq,
İşləyən valideynlər - 3 yaşadək uşaqlara qulluğa görə - 35 min uşaq,
Uşağın anadan olmasına görə birdəfəlik müavinət - 120 min uşaq,
Şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, 5-dən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları və b. - 30 min uşaq,
18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlər və valideyn himayəsindən məhrum uşaqların qəyyumları - 50 min şəxs üzrə sosial ödənişlər həyata keçirilir.
Aparılan siyasətin əsas məqsədi sosial müdafiə sistemində ünvanlılığın təmin edilməsi, sosial ödənişlərin bu təminata ehtiyac duyan həssas qruplara yönəldilməsidir.
