İqtisadiyyat (14-11-2022, 09:09)
Güney məsələsi 300 milyonun diqqətindədir - Yüce

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetin Türk dünyası iqtisad fakültəsinin dekanı, professor Mehmet Yüce deyib.
Professor Zirvə Toplantısında beynəlxalq aləmə verilən mesajlardan və qəbul olunan yekun bəyanatdan bəhs edib:
“Zirvə tarixi qərar və mesajlarla yadda qalıb. Birincisi, Şimali Kipr Türk Respublikası müşahidəçi statusu ilə təşkilata üzv qəbul olundu. Verilən qərar türk dövlətlərinin Şimali Kipr ilə birbaşa əlaqə qurması üçün yol açacaq. İkincisi, Zirvədə cənab İlham Əliyev TDT dövlətlərinin sərhədlərindən kənarda yaşayan türklər barədə tarixə düşən sözlərlə çıxış etdi. Prezident türk dünyasının yalnız türk dövlətlərindən ibarət olmadığını vurğuladı və dünyanın müxtəlif ölkələrində yaşayan türklərin hüquq, təhlükəsizlik və milli kimliklərinin qorunması, assimilyasiya olmamaları kimi məsələlərin artıq TDT səviyyəsində muzakirəsinin vaxtının çatdığını bildirdi. Eyni zamanda ölkə başçısı Azərbaycanın sərhədlərindən kənarda yaşayan 40 milyon azərbaycanlının böyük əksəriyyətinin öz ana dilində təhsil hüququndan məhrum edildiyini bildirərək ad çəkmədən İrana xəbərdarlıq etdi.
Üçüncüsü, cənab Ərdoğanın AB-yə müraciət edərək, Türkiyənin üzvlük məsələsini 52 ildir süründürdüklərini qeyd etməsi və vaxtı çatanda lazımi cavabı verəcəklərini vurğulaması yeni dövrdə TDT-nin üzərinə götürəcəyi missiyaya aid mesaj kimi qiymətləndirilib”.
Professorun sözlərinə görə, Zirvədə qəbul olunan bəyanat siyasi, iqtisadi, ekoloji, rəqəmsal transformasiya, mədəniyyət, səhiyyə, müdafiə və müdafiə sənayesi kimi sahələrdə genişmiqyaslı əlaqələrin inkişafını nəzərdə tutur. Bəyanatda öz əksini tapan məsələləri aşağıdakı kimi qruplaşdırmaq olar:
“Birincisi, sənəddə üzv və müşahidəçi ölkələrin siyasət, xarici siyasət və təhlükəsizlik məsələlərində daha yaxın əməkdaşlığı öz əksini tapdı. “Türk Dünyası- 2040” Strateji sənədinin həyata keçirilməsi üçün 2022 və 2026-cı illər üçün fəaliyyət planı qəbul edilib, Səmərqənd türk dünyasının mədəniyyət paytaxtı elan olunub. Bundan başqa Xəzərdən keçən Orta Dəhlizin potensialından faydalanmaq üçün aktiv əməkdaşlıq qərarı verilib. Eyni zamanda sənəddə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, Tacikistan-Qırğızıstan sərhəd problemlərinin beynəlxalq hüquqa uyğun şəkildə həllinə cəhd olunması məsələləri də sənəddə xüsusi vurğulanıb, Əfqanıstana humanitar yardım, terrorizm və radikalizmlə mübarizə məsələləri öz əksini tapıb.
Nəticə olaraq TDT 300 milyon əhaliyə, 1.4 trilyon dollar milli gəlirə, 700 milyard dollarlıq xarici ticarət dövriyyəsinə sahib olan bölgədir. Hazırda bəşəriyyət yeni dövrün astanasındadır. Bu yeni dövrdə özümüzə layiqli yer tutmaq üçün yeganə yolumuz birlikdə olmaq və əlimizdəki gücdən səmərəli şəkildə istifadə etməkdir”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025