Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (2-11-2022, 09:02)
Qış qapını kəsdirib: Limit ləğv edilir? - AKTUAL

Qış qapını kəsdirib: Limit ləğv edilir?
Azərbaycanda gələn il neft hasilatının həcminin 4,6 % azalacağı, əmtəəlik təbii qaz hasilatının həcminin isə 6,2 % artacağı nəzərdə tutulub.

DİA.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının “Büdcə zərfi"nə verdiyi rəydə bildirilir. Sənəddə deyilir ki, neft-qaz sektorunda artım "mavi yanacaq" hasilatının artımı hesabına olacaq.

Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricə 16 milyard 553 milyon kubmetr həcmində qaz ixrac edib. İxrac edilən qazın ümumi qiyməti 12 milyard 103 milyon dollar təşkil edib. Xatırladaq k,i 2021-ci ilin eyni dövründə Azərbaycanın xaricə satdığı qazın həcmi 14 milyard 927 milyon kubmetr, bundan əldə edilən gəlir isə 2 milyard 951 milyon dollar təşkil etmişdi.

Reallıqdır ki, qaz sektorundan əldə edilən gəlirlər artmaqda davam edir. Artıq havaların soyuması ilə qaza tələbat artmaqdadır. Ancaq ölkəmizdə qaza tətbiq olunan limit vətəndaşların problemlərini daha da artırır. Abonentlər yalnız o halda limiti keçmirlər ki, günün cəmi bir neçə saatını qazdan istifadə edir, yaxud da çox aşağı dərəcədə yandırır və bununla da evin istənilən səviyyədə qızdırılması mümkün deyil. Qarşıdan qış fəslinin gəldiyini və tələbatın artdığını nəzərə alsaq, artıq vətəndaşlar nəinki istifadə edəcəkləri qazın haqqını, hətta limitdən keçdikdən sonrakı məsrəflərinecə ödəyəcəklərini düşünürlər.

Bu gün qazdan ən çox gəlir əldə edən bir ölkədə limitin ləğv edilməsi mümkündürmü?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, təbii qazın istehlakı ilə bağlı qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşir:

“Ancaq Tarif (qiymət) Şurası qiymətlərə müraciətlər əsasında baxır. Əgər “Azəriqaz”ın, yaxud hökumətin belə bir niyyəti olsa, bir məktubla Tarif Şurasına müraciət edər və şura da həmin məsələyə baxa bilər. Yəni qurumun, yaxud hökumətin məqsədi olsa, məsələni asanlıqla həll etmək mümkündür. Konkret limit məsələsinə gəldikdə isə qaz ölkəsində qazın limitlə satılması biabırçılıqdır. Biz dəfələrlə hökumətə çağırışlar etmişik ki, limit ləğv edilməlidir. Çünki qaz hasilatı ilə yanaşı qaz gəlirləri də artır. Bu il ilk dəfə qaz gəlirləri neft gəlirlərini üstələdi. Biz Avropaya çox baha qiymətə qaz sata biliriksə, məsələn, İtaliyaya satdığımız qazın orta qiyməti 1000 dollardan yuxarıdır ki, Azərbaycan dövləti bundan kifayət qədər gəlir götürür. Deməli, Azərbaycan əhalisi də bunun xeyrini görməlidir. Neft-qaz ölkəsi olan bir ölkədə işığa və qaza limit qoyulması, insanlara limiti keçəndən işığın ikiqat qiymətə satılması tamamilə yolverilməzdir. Azərbaycan cəmiyyətinin gözləntilərinə cavab verməyən bir məsələdir”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024