
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Zaqatala rayonunun Tala, Muxax, Qanıx, Katex və digər kəndlərində sahilbərkitmə işləri (Muxax və Katex çayları üzrə) ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Mediatv.az "Report"a istinadən xəbər verir ki, tenderin qalibi "TNN" QSC-dir.
Qalib şirkətə 1,68 milyon manat ödəniləcək.