Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (11-09-2022, 16:50)
Bakıdan ildə 2 milyard kubmetr qaz ala bilərik - Stoyanov

 Azərbaycandan təbii qazın müqabilində elektrik enerjisini ixrac edə bilərik.
Mediatv.az Report-a istinadla xəbər verir ki, bunu Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov deyib.
"Əgər biz onları elektrik enerjisi ilə təmin edə bilsək, bu elektrik enerjisini istehsal etmək əvəzinə, qənaət etdikləri qazı bizə verəcəklər”, - nazir vurğulayıb.
Bakıya səfər zamanı bir sıra diqqətçəkən məqamların olduğunu deyən Stoyanov bildirib ki, bunlardan birincisi Cənub Qaz Dəhlizi ilə interkonnektorun təşviqi ilə bağlıdır.
"Bizdə tam əminlik var ki, qazın bu qoşulması oktyabrın 1-dən başlayacaq. Azərbaycan tərəfi bizim onlarla ildə 1 milyard kubmetr müqavilənin tam icrasına ümid edə biləcəyimizi təsdiqləyib", - Nikola Stoyanov bildirib.
İkincisi, gələcəkdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi gözlənilir və 3-4 ildən sonra bu genişləndirmə istismara verilməlidir. Bu da o deməkdir ki, biz Azərbaycandan ildə daha 1 milyard kubmetr qaz ala bilərik.
"Bu, o deməkdir ki, Azərbaycanla uzunmüddətli müqavilələrlə ildə 2 milyard kubmetr qazımız olacaq və istehlakımız ildə təxminən 3,5 milyard kubmetr təşkil edir ki, bu da 60 %-ə yaxın deməkdir. Energetika Nazirliyinin ekspertləri Azərbaycanla danışıqları davam etdirəcək, qiymət, kəmiyyət, dəqiq nə vaxt və s. ilə bağlı danışıqlar aparılacaq. Əsas odur ki, bu kəmiyyətləri indidən bəyan edirik”, - Stoyanov əlavə edib.
Onun sözlərinə görə, Bakıda danışıqların üçüncü əsas mövzusu bu qış əlavə qaz həcmlərinin əldə edilməsinin mümkünlüyü olub.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024