Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (5-05-2019, 15:00)
“Bakı Marafonu-2019” keçirilir

 Hazırda paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2019” keçirilir.
Mediatv.az  xəbər verir ki, “Küləyə qalib gəl” şuarı altında keçirilən qaçış marafonu Dövlət Bayraq Meydanından start götürüb, finiş xətti isə Bakı Olimpiya Stadionudur.
Ümumi məsafəsi 21 kilometr olan marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev,Nəqliyyat Rabitə və Yüksək Texnologiya naziri Ramil Quluzadə və digərləri iştirak edir.
Xeyriyyə məqsədi daşıyan tədbirdə iştirak üçün ümumilkdə 22 320 mindən çox adam qeydiyyatdan keçib. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-işləyən 300-dən çox əcnəbi qatılıb. BƏƏ, Çin, Hindistan, İraq, İran, Türkiyə, Uqanda, Litva, Mərakeş, Özbəkistan, Qazaxıstan, Türkmənistan və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və nümayəndələri, tələbələr, ölkəmizin məşhur idmançıları da iştirakçılar arasındadır.
Marafona həmçinin ABŞ, Avstriya, BƏƏ, Böyük Britaniya, Cənubi Afrika, İraq, Braziliya, Ukrayna, Fransa, Rusiya, İspaniya, İtaliya, Özbəkistan və digər ölkələrdən qoşulanlar var. Builki marafona Heydər Əliyev Fondunun dəstəyi ilə protezlərlə təmin olunmuş bir qrup Qarabağ müharibəsi əlili də qoşulub. Azərbaycanın müxtəlif bölgələrindən - Astara, Gəncə, Qəbələ, Quba, Qusar, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şamaxı, Şəki, Oğuz, Zaqatala və digər bölgələrdən yarışda iştirak edənlər var.
Builki marafon bir sıra yeniliklərlə yadda qalacaq. Bunlardan ən əhəmiyyətlisi ilk dəfə çip (xronometraj) sisteminin tətbiq olunmasıdır. Belə ki, yarış iştirakçıların qaçış nömrələrinin üzərinə xüsusi cihaz – çip yerləşdirilib. Sistemin tətbiqi marafonda iştirak edən hər kəsin marşrut boyu göstəricilərini detallı şəkildə görmək, finiş xəttini keçərkən göstərdiyi nəticəni izləmək və iştirakçıya elektron sertifikat əldə etmək imkanı verir.
Marafonda həmçinin şou-biznesin parlaq simaları iştirak edir. Xalq artisti Aygün Kazımova, Əməkdar artist Röya Ayxan, müğənnilər Nura Suri, Nigar Camal, Günay İbrahimli, Zamiq Hüseynov, aparıcı Hacı Nuranvə başqaları marafona rəngarənglik qatıblar.
Qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi finiş zonasında - Bakı Olimpiya Stadionunda olacaq. Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 min manat, ikinci yeri qazanan 2 min manat, üçüncü yerə çıxan isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025