İdman / Kriminal (6-02-2019, 18:00)
Həndbol Federasiyasının hakimi ölüm işində ittiham edilir

Mediatv.az xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı fevralın 14-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il iyunun 28-də Xırdalan şəhərində baş verib. Belə ki, şəhər sakini Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı məlumat yayılıb.
Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla P.Həbibovun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ə.Ağakişiyev tərəfindən evində döyülüb öldürüldüyü müəyyən edilib.
Görülmüş tədbirlərlə Ə.Ağakişiyev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Ə.Ağakişiyev Azərbaycan Həndbol Federasiyasının beynəlxalq dərəcəli hakimi vəzifəsində çalışıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025