İdman (8-04-2018, 10:00)
Dünya Kuboku: Azərbaycan Kubanı darmadağın etdi
ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında Azərbaycan yığması uğurla start götürüb.
Mediatv.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparır.
İlk yarış günündə yığmamız Kuba ilə qarşılaşaraq 8:2 xal qazanıb.
57 kq - Georgi Edişeraşvili - Andreu Orteg R.(CUB) 7:3
61 kq - Əhmədnəbi Qvarzatilov - Yowlys Bonne Rordigues (CUB) 8:0
65 kq - Hacı Əliyev - Valdes Tobie A. (CUB) 2:8
70 kq - Coşqun Əzimov - Franklin Maren Castillo (CUB) 7:3
74 kq - Hacımurad Ömərov - Livan Lopez Azcuy (CUB) 2:6
79 kq - Cəbrayıl Həsənov - Yoan Adrian Zulueta Morales (CUB) 10:0
86 kq - Aleksandr Qostiyev - Yurieski Torreblanca Queralta (CUB) 3:2
92 kq - Aslanbek Alborov - Lazaro Daniel Hernandez Luis (CUB) 7:4
97 kq - Roman Bəkirov - Salas Perez R. (CUB) 3:0
125 kq - Cəmaləddin Məhəmmədov - Yudenny Alpajon Estevez (CUB) 3:2
