İdman (31-08-2017, 13:30)
AFFA prezidenti Norveç - Azərbaycan matçından danışdı
AFFA prezidenti Rövnəq Abdullayev dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç - Azərbaycan görüşü barədə danışıb.
Mediatv.az xəbər verir ki, federasiya rəhbəri dsport.az saytına açıqlamasında Azərbaycan millisinin bu oyuna xüsusi motivasiya ilə çıxacağını bildirib: "Səfərdə oynamaq həmişə çətindir. Qrupdakı vəziyyətə gəlincə, nəzəri cəhətdən yüksək yerləri tutmaq şansımız var. Norveç ilk oyundan sonra bizə qarşı xüsusi hazırlaşacaq. Millimizdə də motivasiya var. Səfərdə müsbət nəticə xal sayımızı artıracaq. Ümumiyyətlə, cari seçmə mərhələdə yaxşı oyunlarımız çox oldu. Milli bu mövsüm pis oynamır, hər matçda, demək olar, sona qədər mübarizə aparır. Norveçdə də komandamızdan yaxşı oyun gözləyirik".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025