Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (12-06-2016, 14:16)
Azərbaycan idmanının üzqarası

Azərbaycanın ağır atletika üzrə yığma komandası dopinqdən istifadəyə görə ağır cəza alıb. Noyabr ayında ABŞ-da keçirilən dünya çempionatının nəticələrinə görə, Azərbaycanın 6 nəfər atleti diskvalifikasiya olunub.

Mediatv.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə qərarı Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qəbul edib.

Elxan Əliquluzadə nandrolondan istifadəyə görə 8 il, Silviya Anqelova dehidroxlorometil-testosteron və nandrolondan istifadəyə görə 8 il, Dadaş Dadaşbəyli (digərlərindən fərqli olaraq dopinqlə birinci dəfə yaxalanıb) nandrolon və bandelondan istifadəyə görə 4 il, Firidun Quliyev nandrolonun qəbuluna görə 8 il, Valentin Xristov nandrolonun qəbuluna görə 8 il, İntiqam Zairov dehidroxlorometil-testosteron və nandrolonun qəbuluna görə 8 il müddətinə yarışlardan kənarlaşdırılıblar.

Xatırladaq ki, 2015-ci ilin dekabr ayında “A” növlü dopinq-testin nəticələri üzə çıxmışdı, indi isə “B” növlü dopinq-test aparılıb və təəssüf ki, nəticə müsbət olub.

Ən kədərlisi isə 2012-ci il Olimpiya oyunlarında gümüş medal qazanmış Valentin Xristovun kənarlaşdırılması olub. Çünki bu idmançının 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarında medal qazanacağına ümid çox idi. 2015-ci il dünya çempionatı zamanı o 2 gümüş medala layiq görülmüşdü və Rioda keçiriləcək Olimpiadada da mükafata əsas namizədlərdən biri hesab olunurdu.

Bundan başqa, bir müddət əvvəl məlum olub ki, Xristov, Boyanka Kostova və İntiqam Zairov 2013-ci ildə Londonda keçirilən Olimpiya oyunlarında aparılan dopinq-test zamanı da “ilişiblər”. Bu o deməkdir ki, böyük ehtimalla biz Rioda keçiriləcək oyunlarda dünya və Avropa çempionu Boyanka Kostovadan da məhrum ola bilərik. İdmançı 4 illik diskvalifikasiya ala bilər.

Azərbaycan ağırlıqqaldıranları birinci dəfə deyil ki, kütləvi kənarlaşdırmaya məruz qalırlar. Bunu nəzərə alsaq, ağır atletika üzrə yığma komandamız 4 ədəd lisenziya əldə etdiyi qarşıdakı Olimpiadaya ümumiyyətlə buraxılmaya bilər.

шаблоны для dle 11.2

Xəbər lenti
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025