Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (26-05-2016, 12:34)
“Ortada bir günahkar varsa, tədbir görüləcək” – “Qarabağ”ın icraçı direktoru

qarabag icraci direktor

“Klub prezidenti Tahir Gözəl məsələ ilə bağlı lazımi görüşləri gerçəkləşdirəcək.

Əgər ortada bir günahkar varsa və bu, tapılsa, tədbir görüləcək”.

Mediatv.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl deyib.

Azərbaycan kubokunun dünən “Neftçi” ilə keçirilən final matçından sonra “Qarabağ”ın fanatları ilə polis arasında qarşıdurma yaşanıb. Ağdam klubunun oyunçuları görüşdən sonra formalarını çıxararaq, “İmarət” azarkeş qrupunun yer aldığı 6-cı sektora atıblar. Bundan sonra isə polis fanatlara güc tətbiq etməyə başlayıb. Hadisə nəticəsində xəsarət alan azarkeşlər xəstəxanaya aparılıb.

Məsələ ilə bağlı danışan “Qarabağ” rəsmisi Əmrah Çəlikəl məsələni sonuna qədər araşdıracaqlarını bildirib: “Bildiyimə görə, bu dəqiqə xəstəxanada azarkeşimiz olmamalıdı. Dünən gecə saatlarında 2 xəstənin olduğunu öyrəndik və gedib, hər ikisinə baş çəkdik. Polisdə də azarkeşimiz olmamalıdı. Biz hazırda məsələni araşdırırıq, baxırıq, nədi, nə deyil? Əlbəttə, istəmərik ki, kiməsə haqsızlıq edilsin, kimsə haqsız yerə vurulsun. İstənilən halda, polisin azarkeşə qarşı güc tətbiq etməsi doğru deyil. Ümumiyyətlə, insan insana güc tətbiq etməməlidi”.

Əmrah Çəlikəl qeyd edib ki, hadisə ilə bağlı hər kəs özündə ölçü götürməlidi: “Dünyanın hər yerində belə hallar olur. Kimsə istəməzdi ki, bu hadisə yaşansın. Yəqin ki, aidiyyatı olan insanlar özləri üçün bu işlə bağlı ölçü götürəcəklər. Sadəcə, Azərbaycanda deyil, dünyanın hər yerində belə hadisələrə rast gəlirik. Heç kim demir ki, düzgün oldu, gözəl oldu. Təbii ki, xeyr. Kaş ki, olmayaydı. Günahkar varsa, bunun araşdırılması, aşkar olması üçün əlimizdən gələni edəcəyik”.

шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024