İdman (22-05-2016, 15:16)
“Bavariya” Almaniya, PSJ Fransa kubokunun qalibi oldu
Münhenin “Bavariya” klubu ölkə çempionluğundan sonra kubokun da sahibi olub.
Mediatv.az xarici mediaya istinadən bildirir ki, Xosep Qvardiolanın axırıncı dəfə baş məşqçi kimi meydana çıxardığı komanda Dortmundun “Borrusiya” klubu ilə oyunda qələbəni əsas və əlavə vaxtda əldə edə bilməyib.
Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün komandalar penaltilər seriyasından istifadə etməli olublar. “Bavariya”nın oyunçuları daha dəqiq olublar. Beləliklə, Münhen klubu 4:3 hesabı ilə qalib gələrək növbəti dəfə kuboku qazanıb.
“Borrusiya”da Sven Bender və Sokratis Papastathopoulos, “Bavariya”da isə Joshua Kimmich penaltini dəqiq vura bilməyiblər.
Fransa çempionu PSJ isə “Marsel” klubu ilə oyunda ölkə kubokunu qazanıb. Almaniyadan fərqli olaraq burada qalib oyunun əsas vaxtında müəyyənləşib. Paris klubu 4:2 hesabı ilə qələbə qazanıb.
