Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (1-05-2016, 09:34)
"Bakı Marafonu 2016" başlayır

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2016" keçiriləcək.

 

Mediatv.az xəbər verir ki,  tədbirin əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Dövlət Bayrağı Meydanından start götürəcək marafon 21 kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq.

Qeyd edək ki, analoji marafonlar bu günədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil edilib. Marafon yarışı tam məsafədə 42 km və yarı marafon 21 km məsafədə keçirilir. İdman tədbiri olmaqla yanaşı, marafon yarışları həm də xeyriyyə məqsədilə təşkil edilir. 1981-ci ildəki məşhur London marafonu ən böyük xeyriyyə marafonu kimi Ginnesin "Rekordlar kitabı"na düşüb. Hazırda dünyanın bir çox ölkələrində yalnız xeyriyyə məqsədli marafonlar da təşkil edilir.

Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

İlk 3 yerin sahiblərinə müvafiq olaraq, 3000 manat, 2000 manat və 1000 manat mükafat veriləcək.

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024