Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (12-08-2015, 15:29)
"Bəziləri düşünür ki, "Barsa"..."

"Barselona"nın baş məşqçisi Luis Enrike komandasının Avropa Superkubokuna sahib çıxmasından sonra bu uğuru şərh edib. Goal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, gənc mütəxəssis rəqibin əzmkarlığını yüksək qiymətləndirib.

"İstənilən mükafatı qazanmaq çətindir. Bu oyun bir daha bunu göstərdi. Matç bizim üçün yaxşı başlamadı. Amma vəziyyəti tez bir zamanda qaydasına qoyduq. Bu kuboku klub və azarkeşlər üçün qazandığımız üçün fəxr edirik. "Sevilya" matçın gedişində məğlub olsa da, əzmkarlıq göstərdi. Artıq İspaniya Superkuboku haqqında düşünmək lazımdır. Məlumdur ki, hesabda 4:1 üstün olanda rəqibin itiriləsi heç nəyi qalmır. "Sevilya"nın penalti və cinah hücumlarından sonra hesabda tarazlığı necə yaratmasını təhlil edəcəyik. Ötən mövsüm onların meydanında 2:0 qalib gəldiyimiz halda oyun bərabərə tamamlanmışdı. Bəziləri düşünürlər ki, "Barsa" avtomatik qələbə qazanacaq. Amma belə deyil. Hər halda futbolçuların haqqını vermək lazımdır. Pedronun ayaq əzələsində müəyyən problem vardı. Həm də onun hazırkı durumunu bilirsiz. Buna görə onun əvəzinə Rafinyanı start heyətində meydana buraxmışdım. Başa düşürəm, Pedronun məsələsi sizi maraqlandırır. Amma bu məsələ ilə bağlı daha heç nə deməyəcəm. Bizi möhtəşəm azarkeş kütləsi dəstəkləyirdi. Meydançanın ot örtüyü də əla idi. Gürcüstandakı qarşılanma və təşkilatçılıqdan razı qaldıq. Bunun fonunda qələbə qazanmaq xoşbəxtliyi daha da artırır".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024