Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (18-06-2015, 15:35)
Atıcılıq: uzanaraq atəş yarışlarında qaliblər müəyyənləşdi – YENİLƏNİR

Atıcılıq: uzanaraq atəş yarışlarında qaliblər müəyyənləşdi – YENİLƏNİR

 

Bakı-2015 Avropa Oyunları çərçivəsində kişilər arasında 50 metrdən uzanaraq tüfəng ilə atəş üzrə yarışlarda qaliblər müəyyənləşib.

 

MEDİATV.az xəbər verir ki, yarışda birinci yeri almaniyalı Henri Yunqhaenel, ikinci yeri italiyalı Marko de Nikolo, üçüncü yeri isə belaruslu Sergey Martınov tutublar.

 

***

 

Bu gün Bakı Atıcılıq Mərkəzində birinci Avropa Oyunlarının atıcılıq yarışlarının üçüncü gününə start verilib.

 

Yarışın üçüncü günündə qarışıq komandaların səngər stendi, kişilər arasında 50 metr məsafədən uzanaraq tüfəng ilə atəşaçma üzrə mübarizə aparılır.

 

Qarışıq komandaların səngər stendi yarışında Azərbaycanı Elvin İsmayılov və Alina Rafiqxanova təmsil edirlər.

 

Kişilər arasında 50 metr məsafədən uzanaraq tüfənglə atəş açma yarışında 37 idmançı mübarizə aparır. Bu yarışda Azərbaycan idmançıları iştirak etmirlər.

 

Artıq kişilər arasında 50 metr məsafədən uzanaraq tüfənglə atəşaçma yarışının finalçıları məlum olub.

 

İsrailli Quy Sratik, norveçli Brekne Odd Arne, italiyalı De Nikolo Marko, almaniyalı Henri Yunqhaenel, xorvatiyalı Bojan Durkoviç, finlandiyalı Juho Kurki, estoniyalı Meelis Kiisk və belaruslu Sergey Martinov adlarını finala yazdırmağı bacarıblar.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024