Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (17-06-2015, 12:33)
Cəbrayıl Həsənov da qələbə qazandı

Cəbrayıl Həsənov da qələbə qazandı

 

"Bakı-2015" birinci Avropa Oyunlarında sərbəst güləşçilər mübarizəyə başlayıblar

Mediatv.az-ın  AzərTac-a istinadən xəbərinə görə, güləş yarışlarının beşinci günündə 57, 65, 74 və 97 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər xalça üzərinə çıxırlar.
Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Yaşar Əliyev (57 kq) fransalı Zoheir El Ouarraqe, “London-2012” Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov (65 kq) Rusiya idmançısı İlyas Bekbulatov, Cəbrayıl Həsənov (74 kq) macarıstanlı Mixali Nagi, Xetaq Qazyumov (97 kq) isə Polşa güləşçisi Radoslav Baran ilə üz-üzə gələcək.
Qeyd edək ki, yarışın ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olublar. Qadın güləşçilərin mübarizəsində isə idmançılarımız 2 qızıl və 1 bürünc medal qazanıblar. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.
_________________
“London-2012” Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov ilk görüşünü qələbə ilə başa vuraraq səkkizdəbir finala yüksəlib. Rusiya idmançısı İlyas Bekbulatovu məğlub edən güləşçimiz növbəti mərhələdə moldovalı Mixail Sava ilə qarşılaşacaq.
__________________
Daha bir güləşçimiz ilk görüşündə qələbə qazanıb. “London-2012”-nin bürünc medalçısı Xetaq Qazyumov (97 kq) Polşa güləşçisi Radoslav Baranı məğlub edərək səkkizdəbir final mərhələsinə vəsiqə əldə edib. Onun bu mərhələdə rəqibi Avropa çempionatının bürünc mükafatçısı, Moldova idmançısı Nikolay Çaban olacaq. 
_____________
Olimpiya çempionu Toğrul​ Əsgərov moldovalı Mixail Savanı böyük hesabla (10:0) məğlub edib. Beləliklə idmançımız dörddəbir finala yüksəlib və bu mərhələdə fransalı Maksim Fiquet ilə qarşılaşacaq.
_________
Avropa çempionatının gümüş mükafatçısı Cəbrayıl Həsənov macarıstanlı Mixali Nagiyə böyük üstünlüklə qalib gələrək adını dörddəbir finalçıların siyahısına yazdırıb. Güləşçimizin növbəti rəqibi türkiyəli Soner Demirtaş olacaq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024