Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (16-06-2015, 11:45)
Güneydə Avropa Oyunları coşqusu

 

Azərbaycanda keçirilən ilk Avropa Oyunları güneylilər arasında böyük coşqu ilə qarşılanır. Müsəlman dünyasında nadir hallarda müşahidə edilən dünya miqyaslı oyunlara ev sahibliyi təkcə Azərbaycan Respublikasında deyil, əksər güneylilər arasında da xalqın sevincinə səbəb olub.
Quzey Azərbaycan ilk Avropa Oyunlarını mükəmməl başladı və kimliyimizi bir daha düyaya tanıtdı. Açılış törənində sərgilənən səhnələr müstəqilliyin və istiqlaliyyətin təsirini göstərdi,” deyə Vəhid Nəriman adlı güneyli fəal Amerika Səsinə bildirib. “Bir ölkədəki kölə kimi, istismar olmuş bir xalq kimi yaşasan sözsüz ki, daim varlığın aradan getmə ehtimalı var. Lakin müstəqil bir ölkən olursa, kültürünü, dilini və tarixini qoruyub və onlara fəxr edəcəksən və birbaşa öz kimliyinə sahib çıxa bilərsən.”
Amerikanın Səsinə danışan Səhənd Məali adlı başqa bir milli fəalı Avropa Oyunlarının doğurduğu hissləri belə təsvir edir: ”Quzey Azərbaycanı hər sahədə – yənı iqtisadi, vətənsevərlik və mədəni baxımdan gəlişmiş görürəm. Avropa Oyunları barədə xəbərlər burada [İranda] yayılmır, xalq oyunları yaxşı izləyə bilmir və bu, bizi çox narahat edir”. Onun sözlərinə görə bir qayda olaraq İslam Respublikasında Azərbaycan geridə qalmış, müflis bir ölkə kimi tanıdılır. “Lakin Avropya Oyunlarının möhtəşəm açılış törənindən sonra onların Azərbaycana qarşı nə qədər yalan və mənfi rəy təbliğ etdiklərini hər kəs açıq-aşkar gördü.”
Güneylilərdən böyük maraq göstərilməsinə baxmayaraq İranın rəsmi media orqanları Azərbaycanda keçirilən Avropa Oyunları barədə məlumat vermirlər. İran hökumətinin anti-Azərbaycan siyasətinə etiraz edən fəallar öz Facebook profillərində Olimpiya şəkillərin qoyur, icitmai şəbəkələrdə açılış mərasimindən videolar, fotolar yayırlar.
İran azərbaycanlıları medal qazanan Azərbaycan oyunçularının şəkillərin icitmai şəbəkələrdə paylaşırlar.
Təbii ki, burada hamı bu işə sevinir. Bir fürsət oldu ki, Azərbaycan öz mədəniyyətini göz qabağına qoysun. Başqa yöndən dünya baxışlarını bu ölkəyə doğru döndərdi, bu ölkənin turizm sənətinə faydalı ola bilər və bunların hamısı bizim sevincimizə səbəb olur,” deyə adının çəkilməsindən ehtiyat edən başqa güneyli fəal Amerikanın Səsinə bildirib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024