Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman / Slayd (15-06-2015, 16:53)
Bakı-2015: Gimnastika yığmamız bürünc medal qazandı

 

Bu gün Bakı-2015 I Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlarda ilk mükafatçılar müəyyənləşəcək

Mediatv.az saytının məlumatına görə, Milli Gimnastika Arenasındakı yarışların 2-ci günündə həm kişi, həm qadın komandaların yarışında medalların sahibləri bəlli olacaq.
 
Qadınların yarışında millimiz çıxışını başa vurub. 4 hərəkətin cəmində 99,130 xal toplayan millimiz hələlik 4-cü pillədə qərarlaşıb. İlk günü “üçlük”də başa vuran Rusiya (60,165), Almaniya (58,066) və Macarıstan (55,964) milliləri hələ yarışı başa vurmayıb.
 
Fərdi çoxnövçülükdə təsnifat yarışları davam edir. Çıxışını başa vuran gimnastlar arasında rusiyalı Aliyə Mustafina zirvədə qərarlaşıb – 58,865 xal.  İlk “üçlük”də onun həmyerliləri Seda Tutxalyan (57,332) və Viktoriya Komova (56,965) qərarlaşıb.
 
Azərbaycan təmsilçiləri də çıxışlarını başa vurublar. Marina Nekrasova 50,532, Yuliya İnşina 47,632 xal toplayıb. Onlar hələlik müvafiq olaraq, 10-cu və 14-cü pillədə qərarlaşıblar. Kristina Pravdina ilk iki hərəkətdən sonra 22,932 xal toplasa da, mübarizəni davam etdirməyib. Buna onun yarışın ilk günündə zədələnməsi səbəb olub.
 
Kişi gimnastların komanda yarışı başa çatıb. Hesabında 174,195 xalı olan Azərbaycan millisi 3-cü pilləni tutub. Yığmamız yalnız Rusiya (178,963) və Ukraynadan (177,429) geri qalır. Heyətində Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərov olan komandamız bu növdə ilk medalını qazanıb.
 
Kişilərin fərdi yarışında iştirakçıların təxminən yarıdı çıxışını başa vurub. Yekunda 88,231 xal toplayan Azərbaycan təmsilçisi Oleq Stepko hələlik 3-cü pillədə qərarlaşıb. O, ukraynalı Oleq Vernyayev (91,532) və rusiyalı Nikita İqnatyevdən (89,065) geri qalır. Digər təmsilçilərimiz Petro Paknyuk 73,231 xalla 41-ci, Eldar Səfərov 69,665 xalla 42-cidi.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024