Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (10-06-2015, 09:36)
I Avropa Oyunlarında iştirak edəcək erməni idmançılar artıq Bakıdadır

 

Azərbaycanda I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Finlandiya, Slovakiya, Estoniya, İrlandiya, Portuqaliya, İsrail və Ermənistan idmançıları Azərbaycana gəlib.

“Report”un məlumatına görə, onları Heydər Əliyev adına Hava Limanında Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllülər qarşılayıblar.

İdmançılar onlar üçün ayrılan avtobuslarla Atletlər kəndinə yola salınıblar.

Qonaqlar arasında, həmçinin həmin ölkələrin jurnalist və nümayəndə heyətləri də var.

Qeyd edək ki, I Avropa Oyunlarında iştirak edəcək Ermənistan nümayəndə heyətində əvvəlcədən 28 idmaçının iştirak edəcəyi bildirilsə də, Bakıya 18 idmançı gəlib. Ermənilər idmanın boks, güləş, atıcılıq, sambo, cüdo növləri üzrə yarışacaqlar.

Onu da xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək I Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisinin iştirak edəcəyi gözlənilir.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025