Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman / Karusel (16-01-2015, 10:17)
Fernando Torres “Real”ı kubokdan “qovdu”

Fernando Torres “Real”ı kubokdan “qovdu”

İspaniya kubokunun 1/8 final mərhələsinin cavab oyunları keçirilib

 

Madrid derbisində azarkeşlər məhsuldar oyun izləyib. İlk qarşılaşmada sərfəli hesabla qələbə qazanan (2:0) “Atletiko” “Santyaqo Bernabeu”ya rahat çıxmışdı. İlk dəqiqədən sonra isə Dieqo Simeonenin yetirmələri daha da rahatlaşdı.
 
Azarkeşlər tribunadakı yerlərini almamış hesab açıldı. Avropanı gəzib yenidən evinə qayıdan Fernando Torres dönüşünü qolla qeyd etdi. Bundan sonra tədricən toparlanan meydan sahibləri hesabı bərabərləşdirə bildi. Hətta bir müddət “Atletiko”nun müdafiə xəttində yaranan çaşqınlıqdan istifadə edən Karlo Ançelottinin yetirmələri qonaqların qapısını hücum atəşinə tutdu. Mərhələni keçmək üçün “Kral klubu”na 3 qol lazım idi. Amma ikinci hissə başlayan kimi yenə 1-ci dəqiqədə Fernando Torres səhnəyə çıxdı və cütün taleyini həll etdi. Müdafiə xəttində kobud səhvlərlə yadda qalan “Real”ın futbolçuları qalan dəqiqələrdə ruhdan düşdü. Ronaldonun cavab qolu isə heç nəyi dəyişmədi.
 
“Barselona” “Elçe”ylə cavab matçında da “məşq etdi”. İki oyunun nəticəsinə görə, 9 top vuran kataloniyalıları (5:0, 4:0) növbəti mərhələdə “Atletiko” gözləyir.
 
Millimizin yeni üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Qranada” cavab oyununda da “Sevilya”ya müqavimət göstərə bilməyib. Bu dəfə hesab daha böyük olub. Eddi isə meydana çıxmayıb.
 
İspaniya kuboku. 1/8 final, cavab oyunları
 
13 yanvar
 
Espanyol - Valensiya 2:0 (ilk oyun 1:2)
Kaysedo, 79; 90.
 
Levante - Malaqa 3:2 (0:2)
Barral, 71; 74. Xuandran, 85 -  Rikardo Horta, 22. Resio, 38.
 
14 yanvar
 
Atletik - Selta 0:2 (4:2)
Exeyta, 49. Orellena, 61-p.
 
Xetafe - Almeriya 1:0 (1:1)
Vasqes, 76.
 
Real Sosyedad - Vilyarreal 2:2 (0:1)
Karlos Vela, 45. Esteban Qranero, 75 - Cerard Moreno, 27. Covani Dos Santos, 73.
 
Sevilya - Qranada 4:0 (2:1)
Qameyro, 19; 56. Yaqo Aspas, 28. Denis Suares, 64.
 
15 yanvar
 
Real - Atletiko 2:2 (0:2)
Serxio Ramos, 20. Kriştiano Ronaldo, 54 - Fernando Torres, 1; 46.
 
Elçe - Barselona 0:4 (0:5)
Matye, 21. Serxio Roberto, 40. Pedro, 43-p. Adriano, 92.
 
1/4 final mərhələsi
 
Malaqa - Atletik
Espanyol - Sevilya
Barselona - Atletiko
Vilyarreal - Xetafe
шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024