Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (17-12-2014, 20:12)
Masallı sakini həmyerlisini niyə öldürüb basdırdı? - TƏFƏRRÜAT

 

Sabunçu rayonunun Ramana qəsəbəsi Şuşa şəhərciyindəki evlərdən birinin həyətyanı sahəsində soyuducunun içərisində torpağa basdırılmış üzərində bıçaq xəsarətləri olan kişi meyiti aşkarlanıb. Hadisə yerinə cəlb olunan Daxili İşlər Nazirliyinin ekspert qrupunun müayinəsindən sonra qətlə yetirilənin, itkin düşmüş şəxs kimi polis tərəfindən axtarışda olan, Masallı rayon sakini 26 yaşlı Əli Səfər oğlu Seyidov olması müəyyən edilib.

İsti izlərlə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Əli Seyidovu öldürərək Ramana qəsəbəsindəki həyətlərdən birində torpağa basdıran şəxsin kimliyi artıq məlum olub. Cinayəti törədən şəxs qətlə yetirilən Əlinin həmyerlisi Masallı rayon sakini, 33 yaşlı Hafiz Səmədovdur. O, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Sabunçu Rayon Polis İdarsəində dindirilən Hafiz Səmədov törətdiyi cinayət əməlini etiraf edib. Həmyerlisi, Əli Seyidovu çoxdan tanıdığını söyləyən saxlanılan şəxs uzun müddətdir ona borc pul verdiyini və həmin pulu geri ala bilmədiyini söyləyib. Sonuncu dəfə həmyerlilər aralarındakı borc pul məsələsinə aydınlıq gətirmək üçün Ramana qəsəbəsindəki həyət evində görüşüblər. Hafiz Səmədov pulunu istəyəndə Əli Seyidov pulu qaytarmasının hələ ki imkansız olduğunu bildirib. Bu zaman tanışlar arasında yaranan mübahisə böyüyərək əlbəyaxa davaya çevirilib. 
Davada fürsəti əldən verməyən Hafiz üzərində gəzdirdiyi cib bıçağını çıxararaq Əlinin bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirib. Sonra isə: Əli Aldığı xəsarətlərdən hadisə yerində öldü. Cinayəti ört-basdır eləmək üçün onun meyitini soyuducunun içərisinə yerləşdirdim. Başını isə sellofanla bağladım. Başı bağlanmış meyiti soyuducuya qoyduqdan sonra həyətdə quyu qazıb soyuducunu oraya basdırdım. Bir müddət evlərində Əlini axtardılar. Polisin araşdırmasından sonra cinayətin mən tərəfdən törədildiyi üzə çıxdı. Onu öldürmək fikrim yox idi, pulumu istəyirdim, sonuncu dəfə məni təhqir elədi, ona görə bıçağı çıxarıb vurdum onu».
Saxlanılan Hafiz Səmədovun ifadəsini nə qədər düzgün olub-olmadığını istintaq araşdıracaq. Faktla bağlı isə artıq Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar avam edir.

Arif

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024