Hadisə (6-12-2014, 18:05)
Kürəkən qaynanasını doğradı - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO
16:47
Şəmkirdə qadını keçmiş kürəkəni çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Rayon sakini Babək Hüseynov keçmiş qaynanası Svetlana Aslanovanı öldürməklə yanaşı, xeyli miqdarda nağd pulunu və mobil telefonunu da qarət edib.
"Mediatv.az" Kəpəz TV-yə istinadən bildirir ki, hadisə ötən gün axşam saat 23:00 radələrində rayonun Dəllər qəsəbəsində baş verib. Rayon sakini 36 yaşlı Babək Hüseynov keçmiş qaynanası, 53 yaşlı Svetlana Abbasovanın evdə tək olduğunu bilərək gizli yolla həmin mənzilə daxil olub. Hüseynov bıçaqla qaynanasına çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.
Şahin Şükürov - Şəmkir rayon prokurorunun böyük müstəntiqi: “5 dekabr, saat 23 radələrində Abbasova Svetlana Süleyman qızının yaşadığı ünvanda kürəkəni Hüseynov Babək Şakir oğlu tərəfindən kəsici-deşici alətlə çoxsaylı xəsarətlərlə öldürülməsinə əsaslı şübhələr olduğundan 6 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 ci maddəsi ilə cinayət işi başlanılıb”.
Qətlə yetirilən Svetlana Abbasovanın həyat yoldaşı Aslan Abbasov: “Burada tikiş maşınımız var idi. Onu yerə vurub, içərisindəki pulları götürüb. Arxa otaqlara keçib, bütün nə var - hamısını töküb-dağıdıb. Pul axtarırmış. Mənə elə gəlir ki, bunları vurandan sonra edib. Gələndə gördüm ki, yoldaşım ölüb”.
Hazırda hüquq mühafizə orqanları Babək Hüseynovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Faktı Şəmkir Rayon Prokurorluğu araşdırır.
---------
11:20
Şəmkirdə kürəkənin qaynanasını qətlə yetirməsinin ilkin təfərrüatları məlum olub.
"Mediatv.az" Kəpəz TV-yə istinadən bildirir ki, öldürülən Svetlana Abbasovanın həyat yoldaşı Aslan Abbasovun sözlərinə görə, kürəkəni Babək Hüseynovqızı Şəhla Abbasovayla bir neçə il bundan əvvəl rəsmi boşanıblar. Bundan sonra B. Hüseynov cinayət hadisəsi törədərək həbsxanaya düşüb. İki il cəzaçəkmə müəssisəsində olan keçmiş kürəkən sonradan yaşadığı rayona qayıdıb. Abbasovlar ailəsinin imkanlı yaşadığını bilib və qaynanası Svetlana Abbasova evdə tək olarkən o, mənzilə gizli yolla daxil olub. Əvvəlcə qadına 11 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Sonra isə 15 min manata yaxın nağd pul və Svetlana Abbasovaya məxsus mobil telefonu götürərək hadisə yerindən qaçıb.

09:36
Şəmkirdə qətl törədilib.
"Mediatv.az" Kəpəz TV-yə istinadən bildirir ki, ötən gün saat 23 radələrində Şəmkir rayonunun Dəllər qəsəbəsində qətl hadisəsi baş verib. 36 yaşlı Babək Hüseynov ailə münaqişəsi zəminində qaynanası 53 Svetlana Abbasovanı bıçaqlayıb. Aldığı bıçaq zərbələrindən sonra qadın dünyasını dəyişib. Cinayəti törədən Babək Hüseynov hadisədən sonra qaçmağa müvəffəq olub. Hazırda hüquq mühafizə orqanları kürəkənin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Faktı Şəmkir Rayon Prokurorluğu araşdırır.
----------
15:07
Böyütmək üçün şəkillərə klikləyin.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024