Bakı şəhərinin Qaradağ rayonunda mansarda tipli çoxmərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhəsi, qoruyucu açar, 36 ədəd elektrik açarı, 36 ədəd elektrik sayğacı və şaxta boyunca 1260 p.m elektrik kabeli yanıb.

"Mediatv.az" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğın zamanı tüstülənən mənzillərdən 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Mənzillər və mansarda yanğından mühafizə olunub. Yanğın söndürülüb.