Karusel (Bu gün, 16:32)
“Mənsimov işi”ndə Əlizadə “xətti”: Neft maqnatı iş adamını niyə “vurur”?
Bir neçə gün əvvəl Türkiyədə bir neçə şəxslə bağlı çirkli pulların yuyulması ittihamıyla cinayət işi açılıb.
Tribuna.az xəbər verir ki, həmin şəxslər Ekol TV vasitəsi ilə çirkli pulların yuyulmasına ittiham olunurlar.
Qeyd edək ki, bu xəbərdən dərhal sonra azərbaycanlı iş addamı Mübariz Mənsimovun da bu cinayət işində adı keçddiyi, hətta onun istintaqa cəlb edildiyi xəbəri gündəmə gətirilmişdi. Hərçənd Mənsimov bununla bağlı açıqlama verərək, həmin cinayət işində adının keçmədiyini və Ekol TV ilə əlaqəsinin olmadığını bəyan edib.
Amma Azərbaycanda bunu israrla cəmiyyətə sırımaq istəyənlər var. Məsələn, bir çox media orqanlarında tirajlanan bu xəbərin konkret şəxslərə bağlı məsələ olduğu daha aydın görünür. “Bizim Lənkəran” səhifəsi mövzu ilə bağlı geniş yazı ilə çıxış edərək, bir sıra mətləblərə toxunub. Belə ki, səhifə Mübariz Mənsimovu hədəfə alan əsas qrupun “Global Meddia Group”un olduğunu yazıb. Elnur Abdullayevin himayəsində olan bu qrupun Mənsimovla çoxdan mövcud olan “problemi” var. Bu, SOCAR-“Palmali” savaşına qədər gedib çıxır.
Bəs, indi bir müddət əvvəl baş vermiş və heç bir əsası olmayan hadisədə Mənsimovun adının hallandırılması kimə lazımdır? Elnur Abdullayevin bu prosesdə ön planda olması anlaşılandır. Uzun müddət Adnan Əhmədzadənin himayəsində olan, habelə onun hesabına böyük imkanlara sahiblənmiş Abdullayev, son olaylardan sonra kölgəyə çəkilmişdi. Mümkün qədər adının Əhmədzadə ilə birlikdə hallanmaması üçün də bütün addımları atırdı. Hətta bəzi məlumatlara görə, Əhmədzadənin həbsindən sonra ABŞ-a köçərək, orada yaşamağa başlayıb. Mümkündür ki, özünü sığortalamaq üçün orada vətəndaşlıq və ya oturum da alıb.
Əslində, Mənsimovun adını Ekol TV-də hallandıran şəxs təkcə, Abdullayev deyil. Güman ki, onun bu təbliğatından istifadə olunur. Yəni, köhnədən qalan “hesablaşma” başqalarının da işinə yarayır.
Belə ki, Adnan Əhmədzadədən sonra onun yerini tutan əsasa fiqurlardan biri Anar Əlizadədir. O, bir xeyli müddət Əhmədzadənin kölgəsində dolansa da, sonradan özü müstəqil xətt yarada bilib. Neft maqnatları sırasında olan Əlizadə Əhmədzadə kimi özünü göz soxmasa da, bahalı həyatı ilə həmişə gündəm olub.
Onun Mübariz Mənsimovla problemi isə SOCAR-“Palmali” savaşından qaynaqlanır. Həmin vaxt “Palmali”nin bir neçə gəmisini özünküləşdirən SOCAR, onları Anar Əlizadənin ixtiyarına verib. Lakin London məhkəməsində məsələyə baxılacağı gözləntiləri də var. Yəni, sabah London Arbitraj Məhkəməsi Mənsimovun xeyrinə qərar çıxararsa, Anar Əlizadə həmin gəmiləri geri qaytarmaq məcburiyyətində qalacaq. Bu isə onun işinə yaramır.
Belə olan halda, Əlizadənin yenidən Mənismova qarşı çıxması, onun adını “çirkli pulların yuyulması” məsələsində hallandırmasıə şübhəsiz, məqsədlidir. Məqsəd də budur ki, Mənsimov barəsində məhkəmə öncəsi rəy yarada bilsinlər. Onun hətta “çirkli pulların yuyulması”nda ittihamına nail olmağa çalışacaqları da istisna deyil.
Baş verənlərdən belə aydın olur ki, Elnur Abdullayevin nəzarətindəki meddianın Mübariz Mənsimovun üzərinə “Səlib yürüşü”nə çıxması elə Anar Əlizadə istəklərinin təzahürüdür.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
11 01 2026
11 01 2026
11 01 2026
11 01 2026
11 01 2026

























