Araşdırma (Bu gün, 08:37)
Təhsildə islahatlar: Kağız üzərində uğur, reallıqda suallar
Elm və Təhsil Nazirliyi son illər təhsilin inkişafı və keyfiyyətinin artırılması adı altında çoxsaylı islahatlar həyata keçirdi. Yeni qurumlar yaradıldı, struktur dəyişiklikləri edildi, mexanizmlər yeniləndi. Lakin bu dəyişikliklərin böyük bir hissəsi cəmiyyətin gözləntilərini doğrultmadı. Kağız üzərində müasir və səmərəli görünən modellər praktikada ciddi problemlər, narazılıqlar və idarəetmə boşluqları ilə müşayiət olundu.
MÜTDA: Ümidlərin doğrulmadığı struktur
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) yaradılması təhsildə çevik və effektiv idarəetmə vədi ilə təqdim edilmişdi. Amma bu gün demək olar ki, agentliyin fəaliyyəti ilə bağlı şikayət etməyən azdır. Vətəndaş qəbullarının formal xarakter daşıması, problemlərin real həllini tapmaması, idarəetmədə pərakəndəlik və məsuliyyətsizlik narazılığı daha da artırır.
Xüsusilə MİQ və sertifikasiya proseslərində müşahidə olunan qərəzli suallar, vakansiya verilməyən və ya süni şəkildə məhdudlaşdırılan yerlər, müəllimlərin haqlı etirazlarının cavabsız qalması sistemdə özbaşınalığın dərinləşdiyini göstərir. Təlimlərin formal keçirilməsi isə peşəkar inkişaf yox, “hesabat naminə fəaliyyət” təəssüratı yaradır.
TKTA: Şəffaflıq yerinə suallar doğuran mexanizm
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) isə
cəmiyyətin gözündə təəssüf ki, keyfiyyət yox, daha çox rüsumlar və şübhəli qərarlarla assosiasiya olunur. Rüsumların ardıcıl şəkildə artırılması, diplomların tanınmasında qeyri-bərabər yanaşmalar, subyektiv qiymətləndirmələr və əsassız yoxlamalar bu qurumun fəaliyyətinə ciddi kölgə salır.
Təlimlərin ödənişli mexanizmə çevrilməsi, nəticələrin bəzən izah olunmaması və apellyasiya proseslərinin effektiv işləməməsi TKTA-nın “keyfiyyət təminatçısı” imicini zəiflədir və onu cəmiyyətin gözündə korrupsiya riski yüksək olan struktura çevirir.
Təhsil İnkişafı Fondu: Məqsədi anlaşılmayan qurum
Təhsil İnkişafı Fondu isə adından böyük gözləntilər yaratsa da, real fəaliyyəti ilə bu gözləntiləri doğrulda bilmədi. Rəhbərlikdə dəyişikliklər edilsə də, fond daha çox regional rəhbərlərə bahalı avtomobillərin verilməsi ilə yadda qaldı. Halbuki bu addımların nə təhsilin keyfiyyətinə, nə müəllimin sosial rifahına, nə də şagirdin inkişafına birbaşa təsiri var.
Cəmiyyət bu fondun konkret olaraq hansı problemi həll etdiyini, hansı strateji nəticələrə xidmət etdiyini hələ də aydın şəkildə görə bilmir.
Peşə təhsili: Sistemli problemlərin mərkəzində
Peşə təhsili sahəsi isə artıq illərdir korrupsiya ilə
yanaşı çəkilən sahələrdən biridir. Müəllim və koordinator seçimində şəffaflığın olmaması, yaxınlıq və rüşvət amillərinin önə çıxması, dərsə davam etməyən, amma stipendiya alan tələbələr, formal davamiyyət və real nəzarətin yoxluğu bu sahəni “təhsil”dən çox gəlir mənbəyinə çevirib.
Bu vəziyyət peşə təhsilinin əsas missiyasını – bazara real bacarıqlı kadrlar hazırlamaq məqsədini tamamilə kölgədə qoyur.
Nisbətən uğurlu nümunələr də var
Bütün bu mənzərənin fonunda iki qurumu xüsusi
qeyd etməmək haqsızlıq olar. Tələbə Krediti Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi fəaliyyətləri ilə nisbətən müsbət nümunə yarada biliblər. Burada sistemli yanaşma, aydın mexanizmlər və real nəticələr görünür. Məhz bu qurumların timsalında demək olar ki, düzgün idarəetmə olduqda islahatlar real fayda verə bilir.
Təhsildə problem islahatın olmaması deyil, islahatın ruhunun itirilməsidir. Struktur yaratmaq, ad dəyişmək, yeni qurum təsis etmək hələ inkişaf demək deyil. İnkişaf ədalətli qərarlarda, şəffaf mexanizmlərdə, məsuliyyətli rəhbərlikdə və cəmiyyətlə açıq dialoqda başlayır. Əks halda, ən yaxşı niyyətlə başlanan islahatlar belə etimadsızlıq və narazılıq doğurmaqdan o tərəfə keçmir.
Tehsil.Media
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
13 01 2026
13 01 2026
Güzdəkdə Bəhram Məlikova məxsus olduğu karxananın işlədilməsinə hansı məmur icazə verib? – Araşdırma
13 01 2026
13 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026

























