Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (28-11-2014, 12:29)
Lənkəranda 3 qadın narkotikə görə saxlanıldı


Lənkəran Şəhər Polis Şöbəsi əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsilə bağlı keçirdiyi əməliyyat zamanı şəhər ərazisində fəaliyyət göstərən tiryəkxana aşkarlanıb

 

Bu, qısa müddət ərzində rayon əraziisndə aşkarlanan 3-cü belə tiryəkxanadır. Saxlanılanlar arasında çox təəssüf ki,qadınlar da var.
Mediatv.AZ-ın məlumatına görə, Lənkəranda tiryəkxana işlədən və narkotik məhsulların alışı-satışı ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Emil İbrahimov saxlanılıb. Keçirilən əməliyyat tədbiri zamanı onun üzərindən 0,7 qram heroin, eyni miqdarda psixatrop maddə və elektron tərəzi aşkar edilərək götürülüb. Emil İbrahimov əvvəllər iki dəfə məhkum olunaraq 7 il azadlıqdan məhrum edilib. Onun kirayə qaldığı və tiryəkxana kimi işlətdiyi ev isə əvvəllər 5 dəfə məhkum olunmuş 49 yaşlı Fəzili Fətullayevə məxsusdur. 
Əməliyyat zamanı bu evdə narkotik maddə istifadəçiləri olan 5 nəfər yaxalanıb ki, onlardan 3-ü qadındır.Müstəntiq Toğrul Hüseynovun sözlərinə görə, baxış zamanı Fəzli Fətullayevin üzərindən bir bükümdə 0,325 q heroin, Aybəniz Kərimovanın üzərindən bir bükümdə 0,11 q psixatrop maddə olan metalfetamin. Günel Vəliyevanın üzərindən iki bükümdə 0,3 q narkotik vasitə olan heroin, Sevinc Dadaşovanın üzərindən dörd bükümdə 0,6 q heroin aşkar edilərək götürülüb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Emil İbrahimov və Fəzili Fətullayevlə birgə bu evi uzun müddətdir ki, tiryəkxana kimi işlədib və saxlanılan şəxslər də mənzilə məhz narkotik vasitələrdən istifadə üçün gəliblər.

 

Faktla bağlı şəhər polis şöbəsinin istintaq bölməsində başlanan araşdırmalar davam etdirilir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024